Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:52

İTV cəzalandırıldı


Avropa Yayım Birliyi (AYB)2009-cu ilin Eurovision mahnı müsabiqəsinin yayımı zamanı pozuntulara yol verən iki televiziyanın cəzalandırılması barədə qərar verib.

Bu gün yayılan qərarda bildirirlir ki, Azərbaycanın ictimai televiziyası – İTV müsabiqənin gedişi zamanı telefon nömrələrinin ekrandan verilməsi qaydasını pozduğu üçün təzminat və cərimə ödəməlidir.

Bundan başqa, qərara əsasən belə qayda pozuntusu təkrarlanarsa, İctimai TV üç il müddətinə Eurovision mahnı müsabiqəsindən kənarlaşdırıla bilər.

Həmin müsabiqədən sonra AYB-yə şikayət daxil olmuşdu ki, İTV Ermənistandan olan iştirakçının ifası zamanı ona səs vermək üçün lazım olan telefon nömrəsini ekranda göstərmir.

AYB qərar barədə İTV-ni məlumatlandırdığını bildirir. Amma hələlik İTV-dən bu qərarla bağlı bir reaksiya məlum deyil.

Azərbaycanda bir neçə musiqi həvəskarı da Ermənistandan olan iştirakçıya səs verdiyi üçün Milli Təhlükəsizlik Nazirliyinə çağırıldığını demişdi. Bu məsələni araşdıran AYB öz qaydalarına dəyişiklik etmişdi. Dəyişikliyə görə bundan sonra belə hallar baş verərəsə, həmin ölkədə Eurovision mahnı müsabiqəsini təşkil edən televiziya (bu halda İTV) cəzalandırılacaq.

Bu gün yayılan qərarda həmçinin İspaniyanın RTVE televiziyası cəzalandırılıb. Buna səbəb kimi də televiziyanın Eurovision mahnı müsabiqəsinin yarımfinalını yaymaması göstərilir. İspaniya televiziyası da təzminat və cərimə ödəməli olacaq.

Avropa Yayım Birliyi bir daha qeyd edir ki, Eurovision mahnı müsabiqəsinin qaydalarının pozulmasına heç vaxt barışmayacağını qeyd edir.
XS
SM
MD
LG