Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 12:51

Doğanoğlu: «Azərbaycanda demokratiyanın vəziyyətindən xəbərim var»


Qaye Doğanoğlu
Qaye Doğanoğlu
«Azərbaycanda demokratiyanın vəziyyətindən xəbərim var. Amma hələlik bu haqda müsahibə vermək istəmirəm. Bakıdakı görüşlərdən sonra bu barədə ətraflı danışarıq».

Bunu AzadlıqRadiosuna müsahibəsində Azərbaycanda bələdiyyə seçkilərini müşahidə edəcək Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin nümayəndə heyətinin sədri xanım Qaye Doğanoğlu deyib:

«Bizim məqsədimiz Azərbaycanda seçkilərin azad və ədalətli şəkildə, demokratik prinsiplərə uyğun keçirilib, keçirilmədiyini müşahidə etməkdir. Ümid edirik ki, buna nail olacağıq».

Qaye Doğanoğlu dekabrın 7-9-da Bakıda səfərdə olacaq. O, Azərbaycanda bələdiyyə sədrləri və Mərkəzi Seçki Komissiyasının nümayəndələri ilə görüşlər keçirəcək.

Qaye Doğanoğlu türkiyəlidir, Konqresdə ölkəsinin hakim Ədalət və İnkişaf Partiyasını (AKP) təmsil edir.

Azərbaycanda bələdiyyə seçkisi dekabrın 23-də keçiriləcək.
XS
SM
MD
LG