Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:40

«Mən yaxşı bilirəm ki, göstərişlə yaxşı əsər yazılmır»


«Məqalədə milli ədəbiyyatımız haqqında da yüksək həssaslıqla fikir söylənib»
«Məqalədə milli ədəbiyyatımız haqqında da yüksək həssaslıqla fikir söylənib»
«Azərbaycan»: «Əvvəla deyim ki, mənim çıxışımı və məqaləmi ittiham kimi qəbul edənlər ciddi yanılırlar. Əslində həmin çıxışda və məqalədə əsasən ictimai elmlər sahəsində vəziyyət və bəzi problemlər öz əksini tapmışdır».

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin AzərTAc-ın müxbiri ilə söhbətində belə deyib.

«Məqalədə milli ədəbiyyatımız haqqında da yüksək həssaslıqla fikir söylənib. Lakin nədənsə məqalənin bu hissəsi müəyyən ajiotaj yaradıb. Bədxahların, araqarışdıran intriqabazların və dəyərli yazıçıları addımbaşı qaralayanların əllərinə fürsət düşüb. Onlar çalışırlar ki, ədiblərimizin yaradıcılığı üzərindən qara xətt çəkərək özlərinin çirkin niyyətlərini həyata keçirsinlər».

«…Mən yaxşı bilirəm ki, ədəbiyyat inciləri və ya böyük elmi əsərlər göstərişlə, yaxud tapşırıqla ortaya qoyulmur. Bunu sovet dövründə də bilirdim, indiki müstəqillik illərində də çox gözəl anlayıram».

«Yeni Müsavat»: Avropa Parlamentində hakimiyyət əleyhinə sərt qətnamə qəbul olundu

«Sənəddə jurnalistlərin, bloqqerlərin azad olunması və radioların FM-ə qaytarılması tələbi qoyuldu»

«Bizim Yol»: Bakıdakı diplomatik missiyalar hakimiyyətdən çəkinirlər

Leyla Yunus: «Diplomatlar mənə dedilər ki, bəlkə hökumət sabah Lukaşenko kimi bizi ölkədən çıxaracaq?»

«Azadlıq»: Əli İnsanova görə hökumətə üç ay vaxt verildi

Avropa məhkəməsi sabiq səhiyyə nazirinə görə Azərbaycan hökumətindən izahat istəyir.

«Yeni Azərbaycan»: Azərbaycan Fransanın strateji tərəfdaşına çevrilir

Ölkələr arasında uzunmüddətli və davamlı əməkdaşlıq üçün yeni imkanlar yaranıb
XS
SM
MD
LG