Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:38

YAP narazı YAP-çılar barədə


Əli Əhmədov
Əli Əhmədov
«Seçkilər baş tutdu. YAP bu seçkilərdə uğurlu iştirak etmək üçün bütün resurslarından istifadə etmişdi. Bizim partiya kifayət qədər fəal olub, bütün bələdiyyələrə namizədlərini irəli sürmüşdü. Bu, YAP-ın bələdiyyə seçkisinə ciddi yanaşmasının və siyasi resurslarının genişliyini göstərir».

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədov dekabrın 23-də bələdiyyə seçkilərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında belə deyib.

O bildirib ki, 1718 bələdiyyə üzvlüyünə hakim partiya 15 min 630 namizəd irəli sürüb:

«YAP-ın özünün seçkilərdə kifayət qədər müşahidəçiləri var idi. Həmin müşahidəçilərdən bizə verilən məlumata görə, seçkilərdə ciddi qanun pozuntuları olmayıb. Bu, seçkilərin şəffaf keçdiyini göstərir».

Ə.Əhmədov deyir ki, YAP-ın gördüyü işlər uğura inam verir:

«YAP-ın seçkiyə ciddi yanaşması, əsaslandırılmış kampaniya aparması, ciddi seçki konsepsiyası nəticənin bizim partiyanın xeyrinə olacağına ümid yaradır. Amma əlbəttə ki, əsas nəticəni MSK deyəcək. Bizim uğura əsas inam yaradan da prezident İlham Əliyevin apardığı siyasətdir».

AzadlıqRadiosunun qanun pozuntuları ilə bağlı şikayət edənlərin arasında fərdi qaydada namizədliyini irəli sürmüş YAP-çıların olması ilə bağlı sualına münasibət bildirən Ə.Əhmədov deyib ki, maraqlar hər yerdə toqquşur:

«Uduzan tərəf nəticə ilə razılaşmır. Günahı da özündə yox, başqa yerdə axtarır. Amma bununla belə, biz YAP-çı olanların fərdi qaydada namizədliyini irəli sürməsini alqışlamırıq. Çünki bu, prosesin gedişində partiyanın apardığı siyasətə mane ola bilir və partiyanın namizədinə rəqib yaratmış olur».
XS
SM
MD
LG