Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:43

Çingiz Abdullayev yeni filmdə «Azərbaycan polisinin qəhrəmanlığını göstərəcək»


Yazıçı Çingiz Abdullayevin ilk dəfə çin dilində kitabı çıxacaq. Yazar AzadlıqRadiosuna bildirib ki, indiyə kimi kitabları 27 dildə çıxsa da, Çin naşirləri ona birinci dəfədir müraciət eləyirlər. Bu il isə eston, qırğız oxucuları artıq Çingiz Abdullayevi öz dillərində oxuyublar.

Detektiv janrındakı əsərləriylə məşhurlaşan yazıçının kitabı əsasında çəkilən filmi də gələn il izləmək mümkün olacaq:

«Ənvər Əblucun rejissorluğuyla film üzərində işləyirik. Hələlik, filmin adı təsdiqləməyib, ilkin varinat «Çevrilmiş dünya»dır.

Azərbaycan polisinin qəhrəmanlıqlarından bəhs edir. Bizdə həmişə polisə yumoristik yanaşırlar, amma biz onun qəhrəmanlığını göstərəcəyik».

İndiyə qədər Azərbaycan kinosunda detektiv janrında çəkilən filmlər o qədər də uğur qazanmayıb. Bu qənaətini bölüşən Çingiz Abdullayev «Çevrilmiş dünya»nın tamaşaçıların rəğbətini qazanacağına inanır.

Rus kinomatoqrafları da Ç.Abdullayev yaradıcılığına müraciət eləyiblər: «Bu dəqiqə stolumun üstündə müqavilə var. Tanınmış rus aktyoru Yevgeni Mironov «Mənim gözəl alibim» kitabı əsasında film çəkmək istəyir».

Bundan başqa yazıçının Danimarka, Fransa, Ruminya və Polşada kitablarının çapı planlaşdırılır.

Çingiz Abdullayev 2009-cu ili də ədəbi həyatında uğurlu sayır. O, bu il kitabını çıxaran ölkələrin sayını, elə çap olunan kitabların da adını əzbərdən deyə bilməsə də, ümumi tirajı yadda saxlayıb. Deyir ki, 700 min tiraja imza atıb.

Onu da deyək ki, gələn ilin əvvəllərində yazıçı təp-təzə əsəriylə oxucularının görüşünə gələcək:

«Hələlik əsərin adını qoymamışam. Süjeti barədə onu deyə bilərəm ki, əsər bir azərbaycanlı kəşfiyyatçının həyatından danışır».

Yeni kitab ilk dəfə Rusiyada çap olunacaq. Əsərin azərbaycancaya tərcüməsi və nəşri də nəzərdə tutulur.

Həmçinin oxu!

Orxan Pamukun yeni romanı Yunanıstanda "uçur"!

Putin yazıçılara 1 milyonluq mükafat payladı
XS
SM
MD
LG