Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:54

Eksperiment: Nazirliklər arasında ən operativi hansıdır?


Dekabrın 16-da 18 dövlət idarəsinə və nazirliyə bircə sualdan ibarət məktublar göndərdik
Dekabrın 16-da 18 dövlət idarəsinə və nazirliyə bircə sualdan ibarət məktublar göndərdik
Dövlət idarələri şikayət və məktublara necə cavab verirlər, ümumiyyətlə, verirlərmi? AzadlıqRadiosu bir eksperiment aparıb.

Düz iki həftə əvvəl, dekabrın 16-da 18 dövlət idarəsinə və nazirliyə bircə sualdan ibarət məktublar göndərdik. Sualımız beləydi:

«AzadlıqRadiosu ayrı-ayrı dövlət qurumlarında informasiya texnologiyalarının tətbiqi barədə silsilə yazılar hazırlayır. Xahiş edirik, 2009-cu ildə nazirliyin büdcəsindən bu sahəyə nə qədər vəsait ayrılması və necə xərclənməsi barədə ətraflı məlumat verəsiniz».

18 MƏKTUB BİR GÜNDƏ GÖNDƏRİLİB

Bütün məktubların mətni eyni idi, təkcə sağ yuxarı küncdən - məktubun kimə göndərilməsini göstərən mətndən başqa. Bir də, bütün məktublar bir gündə göndərilib, dekabrın 16-da.

Dövlət Statistika Komitəsi
İlk cavab düz iki gün (!) sonra - dekabrın 18-də Dövlət Statistika Komitəsindən gəldi. Cavabda göstərilirdi ki, «informasiya texnologiyalarına ayrılan və xərclənən vəsait ilə əlaqədar Maliyyə Nazirliyinə müraciət etməyiniz məqsədəuyğun olardı».

RƏQƏM AÇIQLAYAN YEGANƏ NAZİRLİK

İkinci yerdə - Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) gəlir. Nazirlik AzadlıqRadiosunun sorğusunu 5 gün sonra - dekabrın 21-də cavablandırıb. Məktubda informasiya texnologiyalarına ayrılan vəsaitin məbləği də göstərilib:

«RİTN aparatının 2009-cu il üçün büdcəsində bu məqsədlə 15.000 manat vəsait nəzərdə tutulub. Həmin vəsait kompyuter dəstlərinin, periferiya və elektron avadanlıqlarının alınmasına, eləcə də informasiya texnologiyalarına aid edilən internet xidməti haqqının ödənilməsinə xərclənmişdir».

ƏTRAFLIDIR, ANCAQ LAZIMLI İNFORMASİYA YOXDUR

Nəhayət, AzadlıqRadiosunun sorğusuna daha bir cavab gəldi - bu dəfə Satınalmalar üzrə Dövlət Agentliyindən. Məktubun içində 18 dekabr tarixi göstərilsə də, məktubun üzərinə vurulan möhürdə 24 dekabr yazılıb. Hər nəsə, cavabda göstərilir ki, agentliyin fəaliyyətinə dair bütün məlumatlar internet saytda yerləşdirilib və
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
«Dövlət Agentliyi gələcəkdə də informasiya texnologiyalarının tətbiqi barədə geniş məlumatlar verəcəkdir».

İQTİSADİ İNKİŞAF NAZİRLİYİ HƏLƏ CAVAB HAZIRLAYIR


Dekabrın 28-də İqtisadi İnkişaf Nazirliyindən zəng edib soruşdular ki, informasiya texnologiyalarına ayrılan vəsait dedikdə, bizi konkret nə maraqlandırır? Cavab üçün vaxtın bitdiyini xatırladanda, dedilər ki, bu gün ya sabah rəsmi cavab göndəriləcək.

BƏS QALANLAR?


Beləliklə, AzadlıqRadiosunun dekabrın 16-da göndərdiyi məktublara dekabrın 28-cən yalnız 3 cavab gəlib. Bir-bir zəng edib, məktubların taleyilə maraqlana da bilərdik. Lap «Poçt qutusu»nun qəhrəmanı Novruzəli kimi. Ancaq eləmədik. Çünki «İnformasiya əldə etmək haqqında» Qanuna görə, rəsmi sorğu Ən geci 7 iş günü ərzində cavablandırılmalıdır.

BÜTÜN NAZİRLİKLƏR ÜZRƏ NƏTİCƏLƏRLƏ BURADA TANIŞ OLUN
XS
SM
MD
LG