Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:17

«GEN» MMC rəhbərinin bacısı oğlu da məhkəmə qarşısına çıxarılıb


Yanvarın 8-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə «GEN» MMC tikinti şirkətinin rəhbəri Elbrus Əliyevin mühafizəçisi, bacısı oğlu Elməddin Əliyevin məhkəməsi başlayıb.

Elməddin Əliyev həmin tikinti şirkətinə mənzil almaq üçün pul köçürmüş insanları aldadaraq pullarını mənimsəməkdə təqsirləndirilir.

Ona qarşı cinayət işi dayısı Elbrus Əliyevlə eyni vaxtda başlanıb. Lakin sonradan cinayət işi ümumi işdən ayrılıb və ayrıca icraata götürülüb.

«GEN» MMC tikinti şirkətinin cinayət işi üzrə şirkətin rəhbəri, dələduzluqda təqsirləndirilən Elbrus Əliyevin məhkəməsi də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Eynulla Vəliyevin sədrliyi ilə davam edir. Proses bu günə təyin olunsa da, hakimlərdən birinin işə çıxmaması səbəbindən iclas baş tutmayıb.
XS
SM
MD
LG