Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 03:30

Gəncə – əsl iqtidar şəhəri


Gəncədə bişirilən ən böyük paxlava, mart 2009
Gəncədə bişirilən ən böyük paxlava, mart 2009
Son beş il yarım ərzində Prezidentin Gəncəyə 9 səfəri bütün sahələrin inkişafına güclü təkan vermişdir. Bunu Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov «Azərbaycan» qəzetindəki məqaləsində yazır.

«Bu günün Gəncəsi bütün varlığı, arzu və amalları ilə əsl iqtidar şəhəridir. Gəncəlilər Prezidenti, onun ailəsini sevir və onlara dərin hörmət bəsləyir, Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini yüksək qiymətləndirir, bunu açıq ifadə edirlər. Hər il Prezidentin doğum günü münasibətilə çəkisi on tondan çox olan tortun hazırlanması da bu hörmət və məhəbbətin ifadəsidir».

Eldar Əzizov Gəncənin mədəni həyatını zənginləşdirən hadisələri sadalayır:

«Hər ilin yanvar ayında Cavad xanın anım günləri keçirilir, martda şəhər ictimaiyyəti və qonaqlar Novruz bayramı münasibətilə mahir kulinarların hazırladıqları nəhəng paxlavanın ətrafına toplaşırlar, sentyabrda ənənəvi Şəhər günü qeyd olunur, dekabrda mərkəzi meydana 10 tonluq tort çıxarılır... Bütün bunlar Gəncənin mədəni həyatını gözəlləşdirir, zənginləşdirir».

TIXACDAN BEZƏNLƏR «UÇA» BİLƏR

Yaxın illərdə Azərbaycanın səmasında özəl təyyarə və helikopterlərin uçuşlarını izləmək mümkün olacaq.

Yer üstündə, yollarda yaranmış nəqliyyat sıxlığına səbri çatmayan şəxslər özləri üçün azyerli, kiçik təyyarələr və ya helikopterlər alaraq ölkənin istənilən ərazisində uça biləcəklər.

Azərbaycan Nazirlər Kabinetinin adının çəkilməsini istəməyən əməkdaşının Lent.az-a verdiyi məlumata görə, hazırda hava xətlərinin aviaşirkətlərlə yanaşı fiziki və hüquqi şəxslərin istifadəsinə verilməsi ilə bağlı ilkin müzakirələr aparılır. Müzakirələr müsbət nəticələrlə yekunlaşarsa, bu məsələni tənzimləyən xüsusi qaydalar hazırlanacaq.

MİLYONERLƏR ÜÇÜN YARMARKA

Bu il martın 4-dən 7-dək Türkiyədə «Millionaire Fair İstanbul 2010», «milyonerlər üçün yarmarka» keçiriləcək. Yarmarkanın bu ilki qala-sponsoru azərbaycanlı milyarder Telman İsmayılovdur. Elə yarmarka da T. İsmayılova məxsus «Mardan Palace» otelində təşkil olunacaq.

Yarmarkanın ikinci günündə əntiq əşyaların satışı üzrə auksion keçiriləcək. 3 gün ərzində ümumi dəyəri 220 milyarddan çox olan elit məhsullar nümayiş etdiriləcək.
XS
SM
MD
LG