Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:45

Kimdir Muğanna? İlqar Rəsulun təqdimatı


Qonağımız 1928-ci ildə Ağstafa rayonunun Muğanlı kəndində müəllim ailəsində dünyaya gəlib. O vaxtkı Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsini, sonra isə Moskvada Qorki adına Ədəbiyyat İnstitutunu bitirib.

Ədəbi fəaliyyətə 1940-cı illərin sonu başlayıb. 1950-ci illərdə artıq kitabları nəşr olunub. Ssenariləri əsasında "Nəsimi", "Ulduzlar sönmür" və sair filmlər çəkilib.

«İdeal», «Məşər», və digər roman, povest hekayələri ilə Azərbaycan ədəbiyyatının inkaredilməz simalarından birinə çevrilib. Bəzi ədəbiyyatşünaslar və elm adamları hesab edirlər ki, onun dediklərinin və yazdıqlarının tam anlaşılması üçün müəyyən zaman keçməlidir. Beləliklə, AzadlıqRadiosunun «Tanınmışlar» proqramının budəfəki həmsöhbəti xalq yazıçısı İsa Hüseynov – Muğannadır.

İsa Muğannanın dediyinə görə, yer planetinə ilk gələnlər OdƏr xalqı olub. OdƏrlər əslində indiki türklərin köküdür. Başqa xalqlar da sonradan onlardan ayrılıblar.

Yerdə çox inkişaf etmiş ilk sivilizasiya mövcud olub. Bu sivilizasiya SafAğ elmindən bəhrələnib. Sonra planetdə yaranan qarşıdurmalar, kütləvi qırğın silahlarının çoxalmasından baş verən kataklizmilər həmin sivilizasiyanın məhvi ilə nəticələnib. Müdaxilələr nəticəsində OdƏr dili aradan çıxıb. SafAğ elmi isə qalaktikanı idarə edənlər tərəfindən yaddaşlardan silinib.

Ancaq vaxt gələcək, həmin dil yenidən bərpa olunacaq və insanlar onun köməyi ilə SafAğ elminə yeyələnəcəklər. Beləliklə birinci sivilizasiya qayıdacaq.

Muğannanın dediyinə görə hazırda dünyada qloballaşma istiqamətində edilən cəhdlər, atılan addımlar artıq ilk sivilizasiyanın qayıdacağı vaxtın uzaqda olmadığından xəbər verir.
XS
SM
MD
LG