Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:43

Azərbaycanda əyalət etirazları


Polis mümkün iğtişaşlara qarşı təlim keçir, 2005
Polis mümkün iğtişaşlara qarşı təlim keçir, 2005
Azərbaycanda daşlaşmış ictimai bir fikir var. Bu fikrə görə, azərbaycanlılar mübariz deyil. İndi biz bu fikri nə isbat, nə də inkar etmək niyyətindəyik. Ancaq Azərbaycanın lap yaxın tarixində bir çox olaylar baş verib ki, onları da unutmaq düzgün olmazdı…

POTENSİAL ENERJİNİN KİNETİK ENERJİYƏ ÇEVRİLMƏSİ

Fizikada bir qanun var. Buna «potensial enerjinin kinetik enerjiyə çevrilməsi» deyilir. Yayı sıxırsan, ancaq yayda elastiklik bacarığı olduğundan, o bir qədər sıxıldıqdan sonra yenidən yuxarıya doğru hərəkət edir. Nəticədə potensial enerji kinetik enerjiyə çevrilir. Bir sözlə, yayı nə qədər çox sıxsan, o bir o qədər sürətlə yuxarıya doğru hərəkət edəcək…

ŞƏKİ, NARDARAN, NEHRƏM VƏ BƏNƏNYAR…

Azərbaycanda daşlaşmış ictimai bir fikir var. Bu fikrə görə, azərbaycanlılar mübariz deyil. İndi biz bu fikri nə isbat, nə də inkar etmək niyyətindəyik. Ancaq Azərbaycanın lap yaxın tarixində bir çox olaylar baş verib ki,
Nardaranda etiraz aksiyası, 5 yanvar 2009
onları da unutmaq düzgün olmazdı…

ŞƏKİ OLAYLARI


2000-ci il noyabrın 18-də Şəkinin «Azadlıq» meydanında çoxminli mitinqlər başladı. Azərbaycanda parlament seçkilərindən cəmi 6 gün keçirdi. Şahidlərin deməsinə görə, o vaxtlar Şəkidə çox ciddi sosial problemlər hökm sürürdü. Əslində, bu problemlər elə bütün ölkə üçün xarakterik idi. Qaz kəsilmişdi, işıq gün ərzində bir neçə saat verilirdi, yeni-yeni işsizlər ordusu yaranırdı. Üstəlik, 6 gün əvvəl keçirilən parlament seçkiləri ilə bağlı kütləvi narazılıq insanları mərkəzi meydana axıtmışdı.

Ancaq həmin gün polis meydanı mühasirəyə alaraq nümayişlərin keçirilməsinə mane olmağa çalışdı. Nəticədə əhali icra hakimiyyətini və polisi mühasirəyə aldı. Şahidlərin deməsinə görə, xüsusi öyrədilmiş bir qrup gənc də polisə basqın etdi. Bundan sonra Şəkiyə daxili qoşunların hissələri yeridildi. «BTR» və ağır hərbi texnikalar şəhərin tarixi küçələrində dolaşır və əhalidə qorxu yaradırdı. Elə bu vahimə içərisində də 350-yə yaxın şəxs saxlanıldı.

Həmin dövrün mətbuatının yazdığına görə, saxlananlara təcridxanalarda xüsusi amansızlıqla işgəncələr verilib. Beləcə repressiyalar 3 gün davam edir. Yalnız mərhum şair Bəxtiyar Vahabzadənin vasitəçiliyindən sonra repressiyalar dayandırılır.

Həmin hadisələrə görə, 27 nəfər haqqında məhkəmə hökmü çıxarıldı. Onlardan 18 nəfər həbs, 9 nəfər isə şərti cəza aldı. Həbs edilənlərdən Cövdət Qazıyev həbsxanadaca vəfat etdi. Daha bir nəfər isə əfv olunduqdan 7 gün sonra dünyadan köçdü. Həmin hadisələrlə bağlı axtarışda olan və 2003-cü ildə həbs edilən Müsavat Partiyası
Nehrəmdə etiraz aksiyası, 5 noyabr 2007
Şəki təşkilatının fəalı İsmayıl Sadıxlı da elə həbsxanadan çıxdıqdan sonra vəfat etdi.

NARDARAN OLAYLARI

2002-ci il iyulun 3-də kənd sakinləri ilə polis arasında toqquşma baş verdi. Kənd sakinlərindən Əlihüseyn Əliyev güllə yarası alaraq öldü. Daha 6 Nardaran sakini də güllə yarası alır. Ancaq polislərdən də xəsarət alan olur. Üstəlik, onlara məxsus 10-dan çox maşın yandırıldı. Nardaranlıların deməsinə görə, əslində, bu toqquşmanın əsası 1999-cu il dekabrın 21-də qoyulmuşdu. Həmin gün bir sıra sosial tələblər səsləndirən nardaranlılar kəndin «İmam Hüseyn» meydanına toplaşmışdılar. Onda polislə sakinlər arasında ilk qarşıdurma baş vermiş və bir neçə maşın yandırılmışdı. Elə o vaxtdan 2002-ci il iyulun 2-nə qədər nardaranlılarla hökumət arasında müvəqqəti «barışıq» yaradıldı. Ancaq iyulun 2-si kənd ağsaqqallarından 8-i danışıqlara çağırılıb, həbs edildikdən sonra narazılıqlar yenidən kükrəməyə başladı.

Hakimiyyətə yaxın mətbuat həmin vaxt dindarlığı ilə seçilən bu kənd camaatını İranın təhrik etdiyi fikrini irəli sürmüşdü. Həmin günlər «İmam Hüseyn» meydanında səslənən dini şüarlar da belə ehtimalların güclənməsinə xidmət edirdi. Ancaq indinin özündə də kənd sakinləri bildirirlər ki, onlar məhz sosial problemlərdən cana doyaraq ayağa qalxmışdılar. Bir sözlə, bütün bu hadisələrə görə də 20-yə yaxın kənd sakini həbs edildi…

NEHRƏM OLAYLARI

2007-ci il noyabrın 5-də Muxtar Respublika polisi Nehrəmdə 450-yə yaxın mağaza və köşkü yerlə-yeksan etdi. Kənddə etiraz aksiyaları başladı. Ancaq polis bu dəfə də sərt davranışdan əl çəkmədi. Aksiya dağıdıldı və 20-yə yaxın şəxs saxlanıldı.

VƏ BƏNƏNYAR

Bənənyar kəndi, 9 yanvar 2010
Nəhayət, ötən il dekabrın 27-si, dindarlığı ilə seçilən Bənənyar kəndində polis Aşura mərasiminə müdaxilə etdi. Mərasim iştirakçılarından bəziləri saxlanaraq polis şöbəsinə aparıldı. Kənd sakinlərinin deməsinə görə, orada mərasim iştirakçılarına zor tətbiq edilib. Bəziləri hətta soyundurularaq, qarın üstündə döyülüb, təhqir edilib. Elə kənd sakinlərindən də Yunis Əliyev bütün bunlara etiraz əlaməti olaraq polis şöbəsinin qarşısında özünü yandırıb. Sonradan kənddə Yunis Əliyevin vəfat etdiyi və onun dəfninə imkan verilmədiyi haqqında şayiələr yayılıb. Bundan sonra da kənd sakinləri polis şöbəsinin qarşısında etiraz aksiyası keçiriblər. Nəticədə yenə daxili qoşunlar bu kəndə yeridilib. Əksər evlərdə axtarışlar aparılıb, bir neçə mağaza, köşk yerlə-yeksan edilib. Üstəlik, 30-a yaxın kənd sakini də saxlanaraq «Böyük düz» təcridxanasına aparılıB. Onlardan bəziləri hələ də azadlığa buraxılmayıb…

YAYIN SINMASI…

Fizikada başqa bir qanun da var. Doğrusu, mən o qanunun adını bilmirəm. Həmin qanuna görə, yayı sıxdıqca o elastiklik qabiliyyətini itirir və bir də yuxarıya doğru hərəkət etmir. Nəticədə də potensial enerji kinetik enerjiyə çevrilmir…
XS
SM
MD
LG