Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:38

Erməni ailəsinin Naxçıvana keçdiyi təsdiqləndi


Sərhədi keçən erməni ailəsi Azərbaycandadır
Sərhədi keçən erməni ailəsi Azərbaycandadır
Yanvarın 10-da sərhəddin Erasx-Naxçıvan məntəqəsindən sərhəd çəpərini qıraraq Ermənistandan qaçan ailə hazırda Azərbaycan ərazisindədir.

Bu barədə məlumatı AzadlıqRadiosuna Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev təsdiqləyib:

«Onlar biz tərəfdədir. Araşdırma aparılır».

Bir neçə gün əvvəl Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti bu barədə məlumat yaymışdı. Məlumatda bildirilirdi ki, Ermənistan vətəndaşı 1958-ci il təvəllüdlü Eqişe Petrosoviç Gevorkyan həyat yoldaşı və üç azyaşlı uşağı ilə birgə öz maşınında sərhəd çəpərini qıraraq Naxçıvana keçib. Erməni sərhədçiləri maşında azyaşlı uşaqlar olduğu üçün atəş açmayıblar. Ermənistan tərəfi baş vermiş hadisə ilə bağlı beynəlxalq humanitar təşkilatları məlumatlandırdığını da bildirmişdi.

Azərbaycanın Qırmızı Xaç Cəmiyyətinin sözçüsü Gülnaz Quliyeva isə AzadlıqRadiosuna deyib ki, məsələ ilə bağlı rəsmi qurumlarla dəqiqləşdirmə aparılır. Konkret cavab alandan sonra onlar bu işlə maraqlanacaqlar.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında işçi qrupun rəhbəri Firudin Sadıqov isə bu məsələnin Azarbaycan ictimaiyyəti üçün marqlı olmadığını iddia edərək açıqlama verməyib.
XS
SM
MD
LG