Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 01:35

Diplomatlar Naxçıvandan Bakıya qayıdırlar


Bənənyar kəndi
Bənənyar kəndi
Yanvarın 13-də Bənənyar kəndində təhqirə məruz qalan diplomatların Naxçıvan Muxtar Respublikası Xarici İşlər Nazirliyində görüşləri olub. Artıq onların Naxçıvandan geri - Bakıya qayıtmaları gözlənilir.

Bənənyardan adını bildirməyən bir xanım isə AzadlıqRadiosunun «İşdən sonra» proqramına zəng edib deyib ki, diplomatları təhqir edənlər kənd camaatı yox, kənardan gətirilmiş şəxslər olub:

«Hərənin qapısının ağzına 2 polis qoyublar. Çıxanı basırlar içəri. Təhqir edənlər kənardan gəliblər. Orada Bənənyar sakini olmayıb. Bənənyarlılardan neçə adam gəlib orada müsahibə verməyə, hamısını qovub salıblar içəri».

Azərbaycanın yerli hüquq müdafiəçiləri də belə xoşagəlməz vəziyyətlə üzləşməmək üçün Naxçıvana yanvarın 13-nə nəzərdə tutulan səfəri təxirə salıblar.

HƏMÇİNİN OXU:


Diplomatları Bənənyarda görüş keçirməyə qoymayıblar
XS
SM
MD
LG