Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:25

Musa Musayev işdən çıxarıldı


Musa Musayev
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Musa Musayev vəzifəsindən azad edilib. Prezident İlham Əliyev yanvarın 25-də bu haqda sərəncam imzalayıb.

Prezident Natiq Musa oğlu Aslanovu Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edib.

Musa Musayev 2000-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 2006-cı il martın 24-də Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.

Naftalan bələdiyyəsində 23 dekabr 2009-cu il seçkisinin nəticələri ləğv olunub. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov 96 saylı Goranboy-Naftalan seçki dairəsində icra başçısının seçki prosesinə müdaxilə etdiyini demişdi.

Baş Prokurorluq pozuntuları araşdırmalara başlayıb.
XS
SM
MD
LG