Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:27

«Dilin zibillənməsi inkişafla bağlıdır»


Azər Həsrət:
Azər Həsrət:
«Mənə elə gəlir ki, hörmətli prezidentimiz natamamlıq kompleksindən əziyyət çəkir və o bunu dil ədabazlığı ilə örtür».

Filosof Ağalar Məmmədov «İşdən sonra»da Azərbaycan dili barədə söhbət edərkən belə deyib. Filosof dilin zibillənməsindən də şikayətlənib:

«İnsan heç vaxt vasitə ola bilməz, insanın həyatından artıq heç bir dəyər ola bilməz. Bu mənada dil nəyisə ifadə etmək üçün vasitə olanda, dərhal xarici sözlərlə zibillənməsi, dilin assimilyasiyaya qurban getməsi baş verir. Bizim klassiklərin hamısı çalışıblar ki, nə yolla olursa-olsun fikirlərini estetik şəkildə çatdıra bilsinlər. Bizim ən böyük şairlərimiz də ərəb, fars, türk və başqa dillərdən istifadə ediblər. Nəticədə dilin özü zibillənib. Dünya ilə ilk təmasımızı dillə qururuq. Amma mediatik, kütləvi zibilləmə dilimizi korlayır».

Jurnalist Azər Həsrət isə belə hesab edir ki, dilin zibillənməsi yeni texnologiyalar, inkişafla bağlıdır:

«Əslinə qalanda bu gün dünyada yüzdəyüz təmiz dil yoxdur. Çünki yeni kəşflər edilir. Yeni texnologiyalar bizə adı ilə birlikdə gəlir. Biz də bu barədə düşünməmişik. Dilimizin zibillənməsi belə gedir. Bu gün dünyada kompyuter texnologiyaları baş alıb gedir. Biz o kompyuteri alıb gətirənə kimi yeni nəsil kompyuterlər yaranır. Onu əxz edənə qədər daha yeni bir nəsil yaranır. Ümumilikdə dilin ayrı–ayrı sahələrinin inkişafı texnologiyadan asılıdır».

Ağalar Məmmədov isə deyir ki, kim ki, psixoloji natamamlıq kompleksindən əziyyət çəkir, o terminlər işlətməyə meyllidir. Dinləyicinin "Azərbaycan prezidenti niyə türkiyəli həmkarından fərqli olaraq, ingiliscə danışır" sualını cavablandırarkən Ağalar Məmmədov prezidentin dildən istifadə üslubundakı psixoloji məqamlara toxunub:

«Mənə elə gəlir ki, hörmətli prezidentimiz natamamlıq prosesindən əziyyət çəkir və o bunu dil ədabazlığı ilə örtür».

«Nə vaxt Azərbaycanda demokratiya deyil, xalq hakimiyyəti sözü işlənəcək, o zaman biləcəyik ki, xalq hakimiyyəti var». Bu fikirləri isə Azər Həsrət səsləndirib.

DİL HAQQINDA BİLMƏDİKLƏRİNİZİ ÖYRƏNMƏK ÜÇÜN PROQRAMI DİNLƏYİN.

Buna da bax:

XS
SM
MD
LG