Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 01:34

Ermənilərin 70 faizi kitab oxumur


“Araşdırmalar nəticəsində məlum olub ki, Ermənistanda yetkinlik yaşına çatmış insanların 70 faizi kitab oxumur. Ermənistanda indi kitab böhranı müşahidə edilir. Bu strateji məsələdir”.

Bunu Yerevanda keçirdiyi mətbuat konfransında Ermənistan Yazıçılar Birliyinin sədri Levon Ananyan bildirib.

Ananyan hesab edir ki, mütaliənin populyarlaşdırılması üçün dövlət proqramı hazırlanmalı, bu sahədə dönüş yaratmaq üçün işə elmi-tədqiqat institutları cəlb edilməlidir.

“Böyüyən nəslin gələcəkdə dövləti idarə etməsi və inkişaf etdirməsi üçün müvafiq bilikləri çatışmır”.

Yazıçılar Birliyinin sədri deyib ki, axır 10-15 ildə kitab, qəzet, jurnal oxuyanların sayı on dəfələrlə azalıb.

“Kitablar, ədəbiyyat dili inkişaf etdirir, zənginləşdirir. Mütaliə olmadan ana dilinin qorunmasından danışmaq olmaz”.

2010-cu il Ermənistanda ana dili ili elan edilib. Ananyansa hesab edir ki, bununla yanaşı 2010 həm də mütaliə ili elan edilməliydi.

Yazıçılar Birliyinin sədri deyib ki, problemlə mübazəyə yönələn bir tədbir kimi fevralın 19-da - Ermənistanda “Kitab bağışlama günü” çərçivəsində 150-ə yaxın erməni yazarı Yerevan və paytaxt ətrafı rayonlarda yerləşən məktəblərdə şagirdlər və müəllimlərlə görüşlər keçiriblər, hərəsi onlara öz kitabının 200 nüsxəsini paylayıb.
XS
SM
MD
LG