Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:42

Qonşu ölkədən Azərbaycana təxribatçı dəstələr keçib?


İki məscidə xəbərdarlıq edilib
İki məscidə xəbərdarlıq edilib
Müşfiqabad qəsəbə məscidinin imamı Mübariz Qaçayev deyir ki, fevralın 19-da onu qəsəbə icra nümayəndəliyinə çağırıb namaz zamanı ehtiyatlı olmaq, kənar yerlərdən məscidə adam buraxmamaqlaa bağlı xəbərdarlıq ediblər.

Mübariz Qaçayev: «İcra nümayəndəliyində dedilər ki, indi Qaradağ rayon İcra Hakimiyyətindən gəlirik, orda geniş müzakirə aparıldı, Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları da o toplantıda olublar. Onlar bildiriblər ki, İrandan təxribatçı dəstələr Azərbaycana keçiblər və adamların sıx olduğu yerlərdə, o cümlədən məscidlərdə təxribatlar törətmək istəyirlər. Ona görə də ehtiyatlı olun».

Məscidin imamı deyir ki, iki gün əvvəl isə onu ərazi polis şöbəsinə çağırıb tapşırıblar ki, şəhərin başqa yerlərindən məscidə gələnlərin qarşısını alsın.

Mübariz Qaçayev deyir ki, o fevralın 19-u cümə namazında təxribatlar ola biləcəyilə bağlı edilən xəbərdarlığı dindarlara çatdırıb.

Amma Qaradağ rayon İcra Hakimiyyətindən MTN əməkdaşlarının iştirakı ilə tədbir keçirildiyini təkzib ediblər.

Fevralın 19-u Bakıdakı Məşədi Dadaş məscidinə də xəbərdarlıq edilib. Məscidin nümayəndəsi Şahin Həsənlinin AzadlıqRadiosuna verdiyi məlumata görə, onlara Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən deyiblər ki, dindarların küçədə namaz qılmasının qarşısını alsınlar.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Gündüz İsmayılov Məşədi Dadaş məscidinə belə bir tövsiyə olunduğunu təsdiqləyib. Şöbə müdirinin sözlərinə görə, xəbərdarlıq törədilə biləcək təxribatlara dair məlumatların olmasıyla bağlıdır.
XS
SM
MD
LG