Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:34

«Erkən nikahların səbəbləri odur ki…»


«Yaş həddini qaldırmaq heç nəyi dəyişməyəcək»
«Yaş həddini qaldırmaq heç nəyi dəyişməyəcək»
«Sovet dövründə ona görə erkən nikah yox idi ki, qanun işləyirdi».

Fevralın 23-də deputat Məlahət Həsənova parlamentdə məsələ qaldırıb ki, ölkədə erkən nikahların sayı artır, uşaq yaşı ilə bağlı qanunvericiliyə bir də nəzər salmaq lazımdır. Uşaq Hüquqları Liqasının rəhbəri Yusif Bəkirov isə «İşdən sonra»da deyib ki, bu məsələni qaldırmaq gülüncdür:

- Biz erkən nikahlardan danışırıqsa, onun səbəblərini müəyyənləşdirməliyik. Yaş həddini qaldırmaq heç nəyi dəyişməyəcək. Erkən nikah yenə olacaq. Səbəbləri aradan qaldırmaq lazımdır. Məlahət xanım gülünc sual qoydu ortaya ki, yaş həddini qaldırmaqla erkən nikahlar azalacaq və qızların təhsili yüksələcək. Məlahət xanım bilmir ki, Azərbaycanda təhsil korrupsiyalaşıb, pulladır? Səbəblər aradan qaldırılsa, erkən nikahlar olmayacaq. Erkən nikahların səbəbləri odur ki, Azərbaycanda uşaq hüquqları tapdanır.

PROQRAMI DİNLƏYİN.
XS
SM
MD
LG