Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:20

1 mart səsverməsinə ABŞ dövlət katibi «rəzalət» desəydi, nə hiss edərdik?


Deyə bilərsiniz ki, baş nazir Ərdoğan hissləri fırtına kimi olan insandır və onu o şəkildə qəbul etmək lazımdır
Deyə bilərsiniz ki, baş nazir Ərdoğan hissləri fırtına kimi olan insandır və onu o şəkildə qəbul etmək lazımdır
Türk köşə yazarları Nümayəndələr Palatası xarici əlaqələr komitəsinin qərarı barədə

Sedat Ergin («Hürriyet»)

MODEL ORTAQLIQ BELƏ OLURMU?

Üstündən çox keçməyib - keçən ilin aprelində prezident Barak Obama Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxış edərkən Türkiyə-ABŞ münasibətlərini xarakterizə etmək üçün «model ortaqlıq» ifadəsindən istifadə etmişdi.

«Model ortaqlıq» məfhumu baş nazir Ərdoğanın dekabr ayının əvvəlində Vaşinqtona səfəri vaxtı əməlli-başlı rəğbət qazanmış, Ərdoğan Oval ofisdəki açıqlamasında bu model ortaqlığa «daha geniş bir məna veriləcəyini» demişdi. Bu geniş mənalı model ortaqlıq, keçən həftə ABŞ Nümayəndələr Palatası Xarici Əlaqələr Komitəsində qəbul edilən «soyqırımı» layihəsindən sonra qəzaya məruz qalmışdır.

ABŞ iqtidarı bundan sonra qərarın sessiyaya gətirilməsini əngəlləyərək böhranın böyüməsinin qabağını almışdır .Bundan sonrakı böhranlı döngə - prezident Obamanın 24 apreldəki müraciətində «soyqırımı» kəlməsini deyib-deməyəcəyinə dair sualdır.

Qərar sessiyaya gətirilmədiyi və Obama «soyqırımı» kəlməsini demədiyi müddətcə yaşanan bütün sarsıntıya baxmayaraq münasibətlərin bu və ya digər dərəcədə düzələcəyini söyləyə bilərik. Bununla birlikdə protokollar qovluğunun münasibətləri öz ipotekası altına alması potensialı olduğunu görməzlikdən gələ bilmərik.

BAŞ NAZİR KONQRESİN HALINA ACIYA BİLƏRMİ?

Problem Ankarada verilən bəzi açıqlamaların ABŞ iqtidarından çox, Konqresdə əlavə bir narazılıq yaratması halında yaşana bilər.

Bunların başında baş nazir Ərdoğanın komitənin qərarını «komediya-parodiya» adlandırması, bununla da kifayətlənməyb həftənin axırında Şanlıurfada «Oradakı adi bir hesaba, adi bir diaspora hərəkatına Türkiyəni fəda verə biləcək düşüncəyə - doğrusu, mən acıyıram və gülürəm» sözləri gəlir.

Ərdoğan komitəyə əsəbləşməkdə haqlıdır və Türkiyənin reaksiyasını nümayiş etdirməlidir. Ancaq baş nazirlərin xarici siyasət məsələlərinə dair fikir bildirərkən qətiyyən keçməmələri lazım olan bir xətt var və bu cür ağır sözlərin onun Konqresdəki imicinə ciddi ziyan vura biləcəyinə görə narahatıq.

Deyə bilərsiniz ki, baş nazir Ərdoğan hissləri fırtına kimi olan insandır və onu o şəkildə qəbul etmək lazımdır. Yaxşı, onda elmi kariyerdən gələn, professor titulu daşıyan və o cür əsəbi ruh dünyasından gəlməyən bir xarici işlər nazirinin başqa bir ölkənin parlamentindəki səsvermə üçün «rəzalət» deməsini necə izah edəcəksiniz?

TBMM-dəki 1 mart səsvermsinə ABŞ dövlət katibi «rəzalət» desəydi, nə hiss edərdik?

Mehmet Yılmaz («Hürriyet»)

BU PROBLEM SİYASƏTLƏ HƏLL EDİLƏ BİLMƏZ


Bu günə qədər 17 ölkənin parlamenti buna bənzər qərar qəbul etdi. Onların arasında Yunanıstan kimi «müttəfiqimiz», Cənubi Kipr kimi «varlığını qəbul etmədiyimiz», Rusiya Federasiyası kimi güclü ticari və ictimai münasibətlərimiz olan ölkələr də var.

Hazırda ABŞ-da 41 əyalət erməni soyqırımını qəbul edir. Müxtəlif ölkələrin parlamentləri 1915-ci ildəki köçürülmədən irəli gələn suçları «soyqırımı» kimi xarakterizə etdi deyə, dünyanın axırı gəlmədi. Çünki bu qərarı qəbul edəcək olanlar ölkələrin parlamentləri deyil.

Bu günə qədər olduğu kimi, bundan sonra da belə bir qərarı qəbul edəcək olan yer-üsullara görə yaradılan bir beynəlxalq məhkəmə ola bilər. Buna görə də «ABŞ erməni layihəsini qəbul edərsə, təzminat ödəmək məcburiyyətində qala bilərik» kimi boş sözləri bir kənara qoyaq.

Açıq-aşkardır ki, bununla siyasi yollardan mübarizə aparmaq mümkün deyil.

Məsələnin mahiyyəti - dünyanın bir çox yerində 1915-ci ilə hadisələrinin «soyqırımı» kimi qəbul edilməsindədir.

Yəni, problemin əsasında ermənilər tərəfindən aparlan geniş miqyaslı bir piar kampaniyası vardır. Mübarizə o miqyasda aparılmalıdır.

Ancaq əvvəlcə sualın cavabını dürüst şəkildə özümüzə verməliyik: 1915-ci ildə nə oldu? Bu torpaqlarda yaşayan ermənilərə nə oldu?
XS
SM
MD
LG