Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:34

«Rusiya ordusunu diz çökdürən»in ölümündən 5 il keçdi


Aslan Məshədov, 1999
Aslan Məshədov, 1999
5 il əvvəl Rusiya hakimiyyəti elan etdi ki, Çeçenistan prezidenti Aslan Məshədov öldürülüb.

AzadlıqRadiosunun Xəbərlər Şöbəsinin hazırladığı təhlildə region üzrə ekspertlərin fikrincə, Məshədovun ölümü Rusiyanın Şimali Qafqaz üzərində nəzarəti tam ələ almaq prosesinin təməl daşı oldu.

Ölümündən cəmi bir neçə həftə əvvəl Məshədov birtərəfli qaydada atəşkəs elan etmişdi. Ancaq o vaxtkı Rusiya prezidenti Putin dedi ki, «terrorçularla» danışmayacaq.

Aslan Məshədov ölümündən bir az qabaq AzadlıqRadiosuna müsahibəsində deyirdi ki, Moskvanın danışıqlardan imtina etməsi, döyüşlərin hələlik dinc olan bütün Şimali Qafqaza yayılmasına səbəb olacaq:

«Çeçenistan müharibəsi tezliklə dayandırılmasa, bu müharibə yayılacaq. İndinin özündə də yayılır. Bu gün Dağıstanda, Osetiyada, İnquşetiyada
və başqa yerlərdə döyüşlər olur».

Məshədovun dedikləri tezliklə düz çıxdı.

MƏSHƏDOV KİM İDİ?

Məshədov həmişə dinc əhali arasında zərərçəkənlərin olmasının əleyhinə idi. Məhz buna görə Şimali Qafqazdan kənara çıxan əməliyyatlardan həmişə boyun qaçırıb. Ancaq onun xələfləri buna əməl etmədilər.

Xüsusilə, Məshədovun yerinə gələn Abdul Hakim Sədullayev 2006-cı ildə öldürüləndə, müqavimət komandanı vəzifəsinə yiyələnən Doku Umarov.

Məshədovun məqsədi Rusiya ilə razılaşmaya gəlib, Çeçenistanda demokratik respublika quruculuğuna vaxt qazanmaq idi. Umarov, əksinə, müstəqil Çeçenistan naminə cihad elan eləmişdi.

Həmişə alçaqdan danışan Məshədov Sovet Ordusunda peşəkar hərbçi olub. O 40 yaşında polkovnik və artilleriya divizionunun komandiri idi. Çeçenistandakı rus qoşunlarının komandanı Troşev Məshədovun peşəkarlığını və intizamını xüsusi qeyd edir.

1991-ci ildə SSRİ dağılanda Sovet Ordusundan tərxis olub, Çeçenistana gələn Məshədov general Coxar Dudayevin yaratdığı çeçen ordusunda komandan oldu və 1996-cı ildə Qroznının alınmasına rəhbərlik etdi.

Aslan Məshədov və Şamil Basayev, 1999
AzadlıqRadiosunun Şimali Qafqaz xidmətinin direktoru Aslan Dukayev:

«Məshədov, şübhəsiz, istedadlı hərbi strateq idi. 1996-cı ildə Qroznının alınması zamanı, Məshədovun komandanlığı altında cəmi bir neçə yüz döyüşçü vardı. Yalnız yüngül silahlarla silahlanmış bu bir neçə yüz döyüşçü Rusiyanın qüdrətli hərbi qüvvəsini bir neçə saata diz çökdürdü».

1997-ci ildə Çeçenistan prezidenti seçilən Məshədov Rusiya prezidenti Yeltsinlə Rusiya-Çeçenistan razılaşmasını imzaladı və bu, onun karyerasının zirvəsi idi.

MƏSHƏDOVU NƏ YIXDI?

Məshədovu yıxan onun daxildəki radikallarla siyasi mübarizəyə cəlb olunması və hesablaşmağa məcbur olması idi. Çünki o nə qədər nüfuzlu olsa da, Dudayevdən sonra artıq heç kim Çeçenistanda təkbaşına, hamı tərəfindən qəbul olunan lider deyildi.

Məhz Şamil Basayev kimi radikalların təzyiqi o 1997-ci ildə parlamenti buraxdı və bununla özünün çox vacib dayağını itirdi.

1999-cu ildə isə Şamil Basayev döyüşləri Dağıstana ilk dövrdə uğurla yaymaqla və burda İslam Respublikası elan etməklə, Aslan Məshədovun mövqelərini birdəfəlik sarsıtdı.

Həmin əməliyyat Moskvaya ikinci Çeçenistan müharibəsinə başlamağa imkan verdi.

Aslan Məshədov beynəlxalq ictimaiyyətdən kömək istəyirdi ki, Moskavaya təzyiq eləsinlər, Moskva danışıqlara razı olsun.

Putin isə o vaxtkı Çeçenistan müftisi Əhməd Kadırovu Çeçenistanda hakimiyyətin başçısı elan etdi. Və danışıqlara daha heç vaxt getmədi. Putin deyirdi ki, Çeçenistanda son döyüşçü məhv edilənə qədər mübarizə davam edəcək.
XS
SM
MD
LG