Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:17

«İsveçə uşaqca reaksiya. Belə xarici siyasət olmaz»


Bu məsələdə «haqlılıq» yürüdülən xarici siyasətin «doğru» olması demək deyil
Bu məsələdə «haqlılıq» yürüdülən xarici siyasətin «doğru» olması demək deyil
CENGİZ ÇANDAR («RADİKAL»)

İSVEÇƏ UŞAQCA REAKSİYA. BELƏ XARİCİ SİYASƏT OLMAZ

Təbii ki, yaranmış vəziyyət Türkiyə-Ermənistan münasibətlərini normallaşdırma yolunu Türkiyənin öz əliylə kəsməsinin nəticəsidir.

Protokollarla bağlı cəsarətli addımlar atılsaydı, işi süründürmək yerinə sürətlə hərəkət edilsəydi, bu məsələ nə ABŞ Konqresinə çıxarılar, nə də İsveç Parlamentində qəbul edilərdi.

Yüksək vəzifəli bir nəfər məndən «Türk mediası yaranmış vəziyyətə görə niyə heç İlham Əliyevi tənqid etmir?» deyə soruşur.

2007-ci ilin avqustunda İsveçrənin vasitəçiliyi ilə Ermənistanla məxfi müzakirələr başlayanda, xəritədə Azərbaycan vardı. Azərbaycanın başında da İlham Əliyev. Türkiyədə də CHP və MHP mövcud idi. Azərbaycan-Ermənistan münaqişəsi davam edirdi. Bütün bunlara baxmayaraq, müzakirələr davam etdi. Sürixdə protokollar imzalananda da Azərbaycan, Qarabağ problemi, CHP və MHP - hamısı yerində idi. Qarabağ ağlınıza təzəmi gəldi? Elə isə iki il qabaq Ermənistanla müzakirələrə başlamayaydız...

Ölkə parlamentləri universitetin tarix kafedrası kimi çalışmamalıdır. Türkiyə «soyqırımı» məsələsində həssas olmadıqca, orada qəbul edilən qərarların dəyəri də olmayacaq. Hələ üstəlik, bu reaksiyalar Türkiyədəki «açılım» prosesinə də zərər vurur.

Ancaq bu məsələdə «haqlılıq» yürüdülən xarici siyasətin «doğru» olması demək deyil.

Belə xarici siyasət olmaz...


TUFAN TÜRENÇ («HÜRRİYET»)

DON KİXOTLUQLA OLMAZ.

Qorxuram ki, bu ağılla getsək, «soyqırımı»nı tanıyan ölkələrin sayı daha da artacaq. Biz də Don Kixot kimi tək başına dünya ilə savaşmaq məcburiyyətində qalacağıq.

Qərardan sonra uzun illər Xarici İşlər naziri işləmiş prezident Abdullah Gülün dəyərləndirməsi isə inanılmaz idi: istər Vaşinqtonda, istərsə də İsveç parlamentində qəbul edilən qərarın heç bir etibarı yoxdur.

Yoxdursa, Türkiyə niyə həm Amerikadakı, həm də İsveçdəki səfirlərini Ankaraya çağırdı? Niyə panikaya qapılmışıq?

Hökumət ciddi bir xarici siyasət strategiyası müəyyənləşdirmək məcburiyyətindədir.


MEHMET YILMAZ («HÜRRİYET»)

ANKARADA OTURAN SƏFİR BİR İŞƏ YARAMAZ

Səfirlərin Ankaraya geri çağırılması ağıllı siyasətə yox, Baş nazirin xilas ola bilmədiyi əsəbi vəziyyətin xarici siyasəti əsir almasına işarə edir.

Belə gedərsə, bütün səfirlərimiz yaxın vaxtlarda Ankarada oturmağa başlayacaqlar-bu, çıxış yolu deyil.

Əslində, belə bir vəziyyətdə səfirlərimizin orada olmaları və Türkiyənin reaksiyasını ən yüksək səviyyədə nümayiş etdirmələri lazım idi.

Problem 2015-ci ilə qədər daha da böyüyəcək və bizim bu siyasətə qarşı mövqeyimiz əsəb nümayiş etdirmək olacaqsa, onda daha çox yanacağıq.

Hökumət bu işin bir diplomatiya və piar məsələsi olduğunu anlamalı və lazımi işlər görməlidir.
XS
SM
MD
LG