Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 03:42

1945-ci ilin 8 martı...


«Kommunist» qəzeti, 1945–ci il, 8 mart sayında yerləşdirilən məqalələrdən biri belə adlanır: «Medallı Rəhimə»

«İnzibati xidmətin baş leytenantı Rəhimə Babayeva könüllü qızıl ordunun 416 –cı diviziyası sıralarına qoşuldu. Terek sahillərindəki vuruşmalarda göstərdiyi hünərə görə komandanlıq tərəfindən «Qafqazın müdafiəsi üçün!» medalı ilə təltif edilib.

Digər məqalə isə belə adlanır: «Xoşbəxt sovet qızları»

«İnqilabdan qabaq Azərbaycan qadınlarının hüquqsuzluğu və fəlakətli günləri barədə biz nələr eşitməmişik! Bu barədə sevimli şairimiz Sabir ürək ağrısı ilə nə qədər şerlər yazmışdır!

Kommunist partiyası və Sovet hökuməti ölkəmizin qadınlarının əsarətdən həmişəlik xilas etmişdir. İndi Sovet qadınları xoşbəxt yaşayır!»

«Salıbdır qorxuya Kapitalistləri»


Sovet dövrünün qəzetlərində Amerikanı və kapitalizmi tənqid edən materiallara hər yerdə rast gəlmək olar. 1955–ci il yanvar ayında «Kommunist» qəzetində dərc edilən satirik şeirlər də bu kateqoriyaya aiddir:

«Başda Sovetlərdir sülhün dayağı
Onun əlindədir zəfər bayrağı
Dünyanı bürüyən alqış səsləri
Salıbdır qorxuya Kapitalistləri

Amerika ortaya qoyub tərəzi
Onun hərb etməkdir ancaq qərəzi
İndi Pakistanla, avam Türkiyə
İkisi də aldanıb bu bic tülküyə»
XS
SM
MD
LG