Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:30

«Türkiyə ilə yanaşı Azərbaycana da təzyiqlər edilir»


Fikrət Sadıqov
«İstisna etmirəm ki, ABŞ prezidenti Türkiyəyə müraciət edib ki, Azərbaycana müəyyən təzyiqlər göstərilsin».

Bunu siyasi şərhçi Fikrət Sadıqov deyib. Aprelin 19-da «İşdən sonra»da Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun Azərbaycana səfərindən danışılıb.

F.Sadıqov deyib ki, Türkiyə ilə yanaşı Azərbaycana da təzyiqlər edilir:

- Nüvə sammitinə cənab Ərdoğanın və Sarkisyanın dəvət edilməsi bunun təsdiqidir. Təbii ki, ABŞ Türkiyə-Ermənistan yaxınlaşmasını Dağlıq Qarabağ məsələsindən ayırmaq istəyir. Biz başa düşməliyik ki, birinci növbədə bu, Türkiyəyə zərbə vura bilər.

Fərhad Mehdiyev
Digər siyasi şərhçi Fərhad Mehdiyev isə bildirib ki, son vaxtlar Azərbaycanda Rusiyaya yaxınlaşma hiss edilir:

- İranla yaxınlaşma Amerikaya münasibətdə manevr ola bilər, amma axıra kimi getməyin mənası yoxdur. Çünki İran Azərbaycanın tərəfini tutmayacaq. Bizdə xarici siyasətdə Rusiyaya yaxınlaşma hiss edirəm. Amerikaya göstəririk ki, səndən üz döndəririk, gedirik Rusiyanın yanına.

- Sammit ətrafındakılar «Dubay mülkləri» məqaləsinin nəticələridir?

- Azərbaycanın hərbi təhdidləri ciddi təsir oyatmır.

ƏTRAFLI DİNLƏYİN

/ Hazırladı Gülər Qasımova /
XS
SM
MD
LG