Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:47

Nərmin Kamal birinci oldu


Bakıdakı Britaniya səfirliyinin maliyyə dəstəyi və “Qadın Forumu”nun təşkilatçılığı ilə keçirilən esse yarışması başa çatıb.

Yarışmanın mövzusu “Azərbaycan qadının həyatı və düşüncələri” olub.

Aprelin 19-da “Hyatt Park” otelində keçirilən mükafatlandırma mərasimində qaliblərin adları açıqlanıb.

Kultaz.Com-un verdiyi xəbərə görə, birinci yeri yazar Nərmin Kamal (Fərəcullayeva) qazanıb. (N.Kamalın "Azərbaycan - ənənələrin insan haqlarından üstün tutulduğu vətənim" essesini burda oxu). Qalibə 500 manat pul mükafatı verilib.

İkuinci və üçüncü yerləri isə Nərmin Vəliyeva və Səbinə Vaqifqızı qazanıb. Onlara 300 manat pul mükafatı verilib.

Daha iki nəfərə- Aysel Omarova və Leyla Vahabovaya isə təşkilat komitəsinin xüsusi diplomları verilib.

Qaliblərə həmçinin “Qadın forumu”nun saytında daimi müəlliflər olmaq təklifi edilib.

3 nəfərlik münsiflər heyəti “Əli və Nino” kitab mağazaları şəbəkəsinin direktoru Nigar Köçərli, “Azadlıq” radiosunun Bakı bürosunun rəhbəri Xədicə İsmayılova və Amerika Ticarət Odasının rəhbəri Nərgiz Nəsrullayeva-Müduroğludan ibarət olub.

Yarışmada 3 dildə (azərbaycan, rus, ingilis) ümumilikdə 66 esse iştirak edib.

Mükafatlandırma mərasimində yerli və xarici qonaqlar, habelə “Qadın Forumu”nun oxucuları iştirak edib.

www.kultaz.com
XS
SM
MD
LG