Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 11:40

Dövlət Departamenti: «Birləşmiş Ştatlar tərəf saxlamır»


ABŞ Dövlət Departamenti
ABŞ Dövlət Departamenti
«Birləşmiş Ştatlar Dağlıq Qarabağın müstəqilliyini tanımır. Lakin biz tərəf saxlamırıq. Biz Minsk Prosesini dəstəkləyirik və münaqişənin dinc yolla həll edilməsinə tərəfdarıq».

Bu fikirləri ABŞ Dövlət Departamenti sözçüsünün müavini Mark Toner «Amerikanın Səsi» radiosuna müsahibəsində söyləyib.

O, Azərbaycan-ABŞ münasibətlərinin soyuqlaşması haqda iddiaları da təkzib edib.

Türkiyə-Ermənistan danışıqları barədə isə ABŞ rəsmisi bunları deyib:

«Biz Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşmasını istəyirik. Bu, regionun maraqlarına uyğundur. Eyni zamanda, biz Minsk Prosesini ən yüksək səviyyədə dəstəkləyirik. Biz Dağlıq Qarabağ münaqişəsində sülh razılığının əldə edildiyini görmək istəyirik və biz buna nail olmaq üçün hər iki tərəflə - həm Azərbaycan, həm də Ermənistanla işləyəcəyik».

MƏSƏLƏYƏ MÜNASİBƏTİNİZİ BURADA BİLDİRİN
XS
SM
MD
LG