Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:43

Vəkil güzəştlərdən, ata mübarizədən danışır


Eynulla Fətullayev
Eynulla Fətullayev
«Biz kompromisə getməyə həmişə hazırıq».

Bunu jurnalist Eynulla Fətullayevin vəkili İsaxan Aşurov deyib. Aprelin 23-də «İşdən sonra»da Eynulla Fətullayevin məhkəmə işi və azad olunması məsələləri müzakirə edilib.

İ.Aşurov deyib ki, onlar əvvəldən güzəştə getməyə hazır olublar:

- Biz masa arxasında oturub, problemimizin həll edilməsinin tərəfdarıyıq. Səlahiyyətli şəxslərlə ya onların köməkçiləri ilə oturub istənilən məsələni həll etmənin tərəfdarıyıq. Bu gün Eynulla Fətullayevin həbsdən azad edilməsi üçün istənilən şəkildə güzəştlərə də hazırıq.

Eynulla Fətullayevin atası Emin Fətullayev isə bildirib ki, o mübarizəyə davam edəcək:

- Biz bunu istəməzdik. Bizi məhkəmə sistemi bu dərəcəyə gətirib çıxardı. Əlbəttə ki, Eynulla azad olunacaq. Bunun geci-tezi var. Mən üç ildir dözmüşəm, yenə dözüb mübarizəmi aparacam. Təəssüf edirəm ki, Azərbaycan məhkəmələri belə qərar vermədilər.

İsaxan Aşurov deyib ki, Eynulla Fətullayev Avropa Məhkəməsinin qərarı ilə qurban kimi tanınır.



/Hazırladı Gülər Qasımova/

HƏMÇİNİN OXU

Avropa Məhkəməsi Eynulla Fətullayevin işi üzrə qərar verib
XS
SM
MD
LG