Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:25

Rusiyalı həmsədr Xankəndinə gedir


Ermənistanda səfərdə olan ATƏT-in Minsk qrupunun yeni rusiyalı həmsədri İqor Popov aprelin 29-da Xankəndinə yola düşəcək.

O, ötən gündən bəri Yerevandadır. Popov Ermənistan prezidenti Serj Sarkisyanla görüşüb. Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin müzakirə olunduğu görüşdə Ermənistan prezidenti diplomatı yeni təyinat münasibətilə təbrik edib və ümidvar olduğunu bildirib ki, o, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına öz töhfəsini verəcək.

Həmsədrlərin geniş tərkibdə növbəti dəfə mayın 5-i Vyanada bir araya gəlməsi gözlənilir. /ANSPRESS/
XS
SM
MD
LG