Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:37

Qarabağdakı Mərkəzi Seçki Komissiyası 60-dan çox xarici müşahidəçi gözləyir


ATƏT-in Qafqaz üzrə keçmiş xüsusi nümayəndəsi, Fransadakı Demokratiya və Əməkdaşlıq İnstitutunun təmsilçisi Maurice Bonnot müşahidəçi kimi aprelin 19-da Qarabağa gəlib. Onu Qarabağdakı erməni rejiminin rəhbəri Bako Sahakyan qəbul edib. Onlar seçkini və eləcə də yerli və xarici siyasət məsələlərini müzakirə ediblər. Rejim rəhbərliyi bildirib ki, xarici müşahidəçilər seçki sisteminin təkmilləşdirilməsinə kömək edir.

Azərbaycan hesab edir ki, Qarabağda ermənilərin keçirdiklərin bu «seçki» qanunsuzdur, BMT-nin Nizamnaməsini və beynəlxalq hüququn fundamental prinsiplərini pozur. Ona görə də Bakı BMT və onun üzvlərindən həmin qanunsuz akta qarşı yenidən etiraz edəcəklərini gözləyir.

Bakı qeyd edir ki, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş bu qanunsuzluqlar münaqişənin nizamlanması üçün göstərilən siyasi səyləri təhlükəyə atır və Cənubi Qafqaz regionunda sabitliyin pozulmasına səbəb olur.
Aqşin Mehdiyev


Bu fikirlər Azərbaycanın BMT-dəki daimi nümayəndəsi səfir Aqşin Mehdiyevin BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasına göndərdiyi məktubda qeyd edilir. Məktub haqqında BMT İnformasiya Ofisindən APA informasiya agentliyinə məlumat veriblər.

Aqşin Mehdiyev məktubunda yazıb ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində indi həyata keçirdiyi seçki kimi qanunsuz tədbirlərlə əslində Azərbaycanın ərazilərinin özünə birləşdirilməsini prosesini davam etdirir:

«Davam edən təcavüz və Azərbaycanın işğal olunmuş ərazilərində etnik təmizləmə fonunda təşkil olunmuş hər hansı səsvermə prosesi hüquqi cəhətdən etibarlı sayıla bilməz və beynəlxalq hüquqda Azərbaycan ərazisi kimi qəbul olunmuş bu ərazilərin əvvəlki hüquqi statusuna ziyan vurur».

Səfir yada salır ki, Ermənistanla Azərbaycan arasındakı silahlı münaqişə nəticəsində Azərbaycan ərazisinin demək olar ki, beşdə biri işğal olunub, Azərbaycanın təxminən hər səkkiz adamdan biri qaçqın və ya məcburi köçkünə çevrilib, 20 min insan öldürülüb, 50 min nəfər yaralanıb və ya əlil olub, 5 minə yaxın Azərbaycan vətəndaşı itkin düşüb. Ermənistan Azərbaycanın ərazisini işğal etmək, Ermənistanın siyasi, hərbi, iqtisadi dəstəyi sayəsində mövcud olan etnik separatist qurum yaratmaq üçün hərbi güc tətbiq edib.

Azərbaycanın Xarici İşlər Nazirliyi də ötən həftə Qarabağda ermənilərin təşkil etdiyi bu seçkinin qanunsuz olduğunu göstərən bəyanat yaymışdı.

Qarabağdakı erməni rejimi parlament dedikləri qurumu Milli Assambleya adlandırırlar. 33 nəfərdən ibarətdir. Deputatlar beş illiyə seçilir. Ermənilər ilk deputat seçkisini 1995-ci ildə keçiriblər. 33 seçki dairəsindən birmandatlı və çoxmandatlı seçki sistemi əsasında seçilir.

2005-ci ildə keçirilmiş son seçki ilə formalaşmış parlamentin sədri Aşot Ghuliandır. Hazırda iki siyasi partiya və bir alyans təmsil olunur.

Qarabağdakı erməni rejiminin rəhbəri Bako Sahakyan
Artsax Demokratik Partiyasının 18, «Azad Vətən» Partiyasının 8, Daşnaksütyun-Hərəkat 88 alyansının 3 nümayəndəsi var.

Maurice Bonnot özü Qarabağa eyni zamanda da bir konfliktoloq kimi Qarabağ münaqişəsini öyrənməyə gəldiyini deyib. Dediyinə görə, onun əsas məqsədi keçmiş sovet respublikalarında dondurulmuş münaqişələri öyrənib, bununla bağlı hesabat yazmaqdır. Bildirir ki, bu məqsədlə artıq Abxaziya, Dnestryanı və ATƏT-in müşahidə missiyasının tərkibində Gürcüstanda olub, Cənubi Setiyaya da getməyi planlaşdırır.

Qarabağda yaradılan Mərkəzi Seçki Komissiyası Rusiya, ABŞ, Avropa və başqa yerlərdən 60-dan artıq müşahidəçi gözləyir. Komissiyanın sədri Rai Nazaryan bildirib ki, aprelin 19-a olan məlumata görə artıq 15 xarici, 23 yerli müşahidəçi qeydiyyatdan keçib.

Onlar 50-60 da jurnalist gözləyirlər. Aprelin 19-a qədər də 17 xarici, 15 də yerli jurnalist qeydiyyata alınıb.

Nazaryanın sözlərinə görə, mojaritar sistem üzrə 40 namizəd mübarizə aparacaq.

Proporsional sistem üzrə seçkidə ayrılmış 17 yer uğrunda dörd partiyadan 82 namizəd verilib. Pariyalar bunlardır – hakim Demokratik Artax Partiyası, hakimiyyətyönümlü «Azad Vətən» partiyası, Kommunist partiyası və «Daşnaksütyun».

Birmandatlı seçki dairələri üzrə isə 16 mandat uğrunda 40 namizəd iştirak yarışır.

94900 nəfər də seçici qeydiyyata alınıb.

Bako Sahakyan tapşırıq verib ki, seçki ilə bağlı qanunvericilik, siyasi, texniki xarakterli heç bir problem olmamalıdır. Belə problemlər də ortaya çıxsa, gərək dərhal həll edilə.

Türkiyə Xarici İşlər Nazirliyi bu seçkini beynəlxalq hüquq qaydalarına, BMT Təhülkəsizlik Şurasının qərarlarına və ATƏT-in dəyərlərinə addım adlandırıb.
XS
SM
MD
LG