Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:33

ABŞ səfirliyi Metyu Brayza ilə bağlı Ağ Evin qərarını gözləyir


ABŞ-ın Azərbaycandakı səfirliyi yeni səfirin təyinatı ilə bağlı Ağ Evin qərarını gözləyir. Bu barədə AzadlıqRadiosuna ABŞ Səfirliyinin mətbuat katibi Kis Bin bildirib.

Bu günlərdə EurasiaNet.org saytı məlumat yayaraq ABŞ-ın Azərbaycanda növbəti səfiri Metyu Brayzanın təyin olunacağını bildirib. Saytın xəbərinə görə, artıq qərar verilib və yaxın vaxtlarda bu barədə rəsmi elan veriləcək.

ABŞ diplomatı isə bildirib ki, M. Brayza ilə bağlı məlumatı təsdiq edə bilməzlər:

«Yalnız Ağ Evin saytında Metyu Brayzanın namizədliyi barədə rəsmi məlumat yerləşdiriləndən sonra bu məlumat öz təsdqini tapa bilər. Hazırda elə bir məlumat yerləşdirilməyib».

Metyu Brayza bundan əvvəl Qarabağ münaqişəsinin həlli üçün danışıqlara vasitəçilik edən ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri olub.

2009-cu ilin iyul ayından ABŞ-ın Azərbaycanda səfiri vəzifəsi boş idi. Azərbaycan hökuməti bu qeyri-müəyyənliyin ikitərəli əlaqələrə təsir etməsindən narahatlıq ifadə etmişdi.
XS
SM
MD
LG