Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:02

Sakinlər Brodskinin ev muzeyinin açılışına imkan vermirlər


Peterburqda Nobel mükafatlı rus şairi, dissident İosif Brodskinin ev muzeyinin açılışı müşkülə dönüb.

Şairin mühacirətə getməmişdən qabaq yaşadığı həmin mənzil Liteyni küçəsindəki 24 saylı evdə - “Muruzanın evi”ndə yerləşir.

Vaxtilə Brodski ailəsinə həmin evdəki kommunal mənzilin iç-içə olan iki otağı verilmişdi, şair həmin otaqların birində yaşayıb-yaradırdı.

Brodski sonralar öz otağını “yarım otaq” deyə xatırlayırdı, amma həm də otağına “həyatının ən gözəl 10 kvadrat metri” deyirdi.

Ev muzeyi 2003-cü ildə açılmalı idi, amma orada yaşayanları indiyəcən başqa yerə köçürmək mümkün olmayıb.

Qubernator Valentina Matvienko muzeyin açılışının yubanmasında mənzilin sakinlərini günahlandırıb, deyib ki, sakinlərə “unikal” təklif verilsə də, şəhərin mərkəzində kommunal yox, ayrıca mənzil almaq üçün pul təklif edilsə də, indiyəcən 5 otaqdan yalnız 3-də yaşayan ailələr buna razı olub.

“Sakinlərin mövqeyi qeyri-adekvatdır” – deyə qubernator gileylənib.

Brodskinin yaşadığı evi 19-cu əsrdə yunan knyazı Muruza tikdirib, həmin ev həm də oradakı fliqellərin birində məşhur rus yazıçısı Nikolay Leskovun yaşaması ilə tanınır.

Brodski 1996-cı ildə vaxtsız vəfat etməsəydi, indi 70 yaşı tamam olacaqdı.

Mayın 24-ü onun doğum günüdür. Bununla bağlı həm doğma şəhəri Peterburqda, həm də Rusiya boyu çoxlu anım mərasimləri keçirilir.

Brodski 1972-ci ildə SSRİ-dən qovulub, 1977-ci ildə Amerika vətəndaşlığı alıb.

Həmçinin oxu
Brodskinin poeziya dərsləri (Esse)
XS
SM
MD
LG