Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:26

ABŞ məmurları «Twitter»çidirlər


Sosial media üzrə amerikalı mütəxəssis Mark Briggs
Sosial media üzrə amerikalı mütəxəssis Mark Briggs
Sosial media üzrə amerikalı mütəxəssis Mark Briggs AzadlıqRadiosuna müsahibə verib.

- Cənab Briggs, hazırda sosial medianın yerini media müstəvisində necə təsvir edərdiniz?

- Sosial medianın bir çox digər media növlərinə təsir olub. Əvvəllər jurnalist yalnız məlumat verirdi, sosial medianı digər mediadan fərqləndirən əsas cəhət isə budur ki, sosial mediada dinləyicilər, oxuyucular da iştirak edir, müzakirələr aparırlar.
Təcili xəbərlərin yayılmasında sosial media daha sürətlidir. Professional media təşkilatları hadisələr barədə məlumatları izlədikləri «Twitter»çilərdən öyrənirlər. Burada xəbəri yazmaq və dərc etmək elə sürətlə alınır ki, ənənəvi media istər istəməz geridə qalır. Məsələn, Texas Ştatının Ostin şəhərində təyyarə qəzası olanda yaxud New Yorkda «Tayms meydanına» bomba təhlükəsi xəbəri çıxanda bu məlumatlar ilk «Twitter»də qoyulmuşdu və ciddi əks səda doğurmuşdu. Hətta «Twitter»i təqib edən jurnalistlər belə bu xəbərlərdən yararlandılar.

- Əvvəllər sosial mediada yayılan xəbərlərə peşəkar media tərəfindən şübhələr yaranırdı. İndi bəs vəziyyət necədir? Məsələn, ABŞ-da xəbər otaqları «Facebook»dan nə dərəcədə yararlanır?

- Bu yanaşma son 3 il ərzində ciddi şəkildə dəyişib. Əvvəllər jurnalistlər sosial mediadan gələn xəbərlərə ciddi baxmırdılar. Son zamanlar isə sosial media hətta peşəkar jurnalistikanın belə ciddi tərkib hissəsinə çevrilib. Jurnalist təşkilatlarında, media qurumlarında bu gün ən çox tələbat olan işlər sosial media meneceri vəzifəsidir. Hətta sosial media işçiləri üçün qrafikli iş vəzifəsi də təsis ediblər.

- Sosial media işçilərinin əsas fəaliyyətləri nədən ibarətdir?

- Onların ilk işi auditoriyanı genişləndirməkdir. Xəbər qurumu ilə məlumat ala biləcək insanların sayını genişləndirirlər. Bu iki tərəfli geniş bir fəaliyyətdir.

- Sosial medianın gələcəkdə yerini harada görürsünüz?


- Hazırda sosial media ortaya çıxan yeni bir fenomendir. İnsanlar bunu olduğu kimi qəbul etmirlər. Məsələn, əvvəllər elektron poçt ünvanları yeni çıxanda jurnalistlər istəmirdilər ki, onların e-mailləri qəzetlərdə çap olunsun. Onlar düşünürdülər ki, hər kəs onlara məktub göndərəcək və bu, onlara maneə olacaq. Amma bu gün e-mailləri insanlar olduğu kimi qəbul edirlər. Gələcəkdə sosial media insanın işinə inteqrasiya olunacaq. Yəni, xəbər yayan insanların özləri də sosial media ilə məşğul olacaqlar. Və sosial media cəmiyyətdə olduğu kimi qəbul olunacaq.

- Sosial medianın cəmiyyət üçün əhəmiyyətini göstərən uğurlu nümunə gətirə bilərsinizmi?

- Mən şəxsi bir təcrübəmi sizinlə bölüşmək istəyirəm. Mən kollecdən bir dostumun böyrək çatışmazlığı problemi var idi. Ona beş donor tapılmışdı amma onların heç birinin böyrəyi uyğun gəlmirdi. Mən «Facebook»da oxuduğum kollecin şəbəkəsində bununla bağlı elan məlumat yerləşdirdim. Və bir müddətdən sonra donor olmaq üçün bizə xeyli sayda insanlar müraciət etdilər. Artıq iki aydır ki, mənim dostum ayağa durub və onun artıq hemodializə ehtiyacı yoxdur. Eyni zamanda ABŞ-dan kənarda Humbaidəki terror haqda məlumatlar öncədən yayılmışdı. Və bizim polislər ABŞ-da polislər sosial mediada aktiv olan jurnalistlərin vasitəsi ilə terrorçuları təqib etmək mümkündür. Məsələn, «My Space» şəbəkəsində bəzi terrorçular öz əməlləri barədə lovğalılıqla yazırdılar. Zirək jurnalistlərin köməkliyi ilə həmin cinayətkarlar saxlanılıb.

- Azərbaycan deputatlardan biri deyib ki, «Facebook»dan bəzi cinayətkarlar, terroristlər istifadə edə bilərlər və özlərinə tərəfdaşlar toplaya bilərlər. ABŞ daha çox terrora hədəf olan ölkədir. Bəs ABŞ-da belə bir qorxu varmı, müzakirələr aparılırmı?

- ABŞ-da nəzarət yoxdur, sadəcə müdaxilə olmadan müşahidə var. Əslində terroristlər daha çox Youtube-dan istifadə edirlər öz mesajlarını yayırlar. Mən bildiyim qədəri ilə belə bir müzakirələr aparılmayıb.

- Bəs «Facebook»da şəxsi məlumatların təhlükəsizliyi nə dərəcə də təmin olunur?

- ABŞ-da hazırda bununla bağlı müzakirələr gedir ki, şəxsi həyatla bağlı məlumatları nə qədər məhdudlaşdırmaq olar. Amma «Facebook»da çoxlu mexanizmlər var ki, istifadəçilər öz şəxsi məlumatlarını gizli saxlaya bilsinlər.

- Media indi bloq yazanların xidmətindən necə faydalanır? Məsələn, Böyük Britaniyanın təcrübəsində jurnalistlərinin yerinə ştatdankənar bloqqerləri cəlb edirdilər. ABŞ bəs peşəkar bloqqerlərin işindən necə yararlanır?


- ABŞ-da bir qəzet var. Onlar artıq çapı dayandırdılar və yalnız webdə işləyirlər. Bu qəzetin yüzlərlə könüllü bloqqerləri var və onlar informasiyanı bu bloqqerlərdən gələn məlumatlarla saxlayırlar.

- Bəs həmin məlumatların etibarlılığını necə yoxlayırlar?


- Bu qəzetlərin bloqqerləri müstəqil işləyən geniş auditoriyaları var, onlar heç bir qəzet digər KİV üçün işləmirlər. Onların məlumatlarının təsdiqlənməsi oxuyuculardan gəlir. Bu oxuyucuların müzakirəsi nəticəsində məlum olur.

- Azərbaycandakı bloqqerlərin əksəriyyətinin yazdıqları köşə yazılarına bənzəyir. Bəs, ABŞ-da fəaliyyət göstərən bloqqerlər nədən yazırlar?

- ABŞ-da bloqqerlər bütün sahələrdən yazırlar. İqtisadiyyatdan, siyasətdən tutmuş yemək, analar haqda bloqlar var.

- ABŞ-da məhşur bloqqerlər varmı?


- Bir çox insanlar var k, onların əvvəllər yazıların heç də oxumurdular. Amma onlar bloqqer kimi yazmağa başladıqdan sonra məşhurlaşıblar. Bir insanlı, bir şəxsli bloqlar sonradan genişlənərək böyük xəbər agentliklərinə çevrilirlər. Böyük auditoriyaya yayımlandıqdan sonra onlar xəbər agentlikləri kimi fəaliyyət göstərdilər.

- ABŞ-da dövlət, hökumət işçiləri bloq yazırlarmı?


- Məmurlar «Facebook» və «Twitter»dən daha çox istifadə edirlər. Bir çox şəhərin merləri bir başa məlumatları yerləşdirirlər. Onlar istədikləri kimi mesajı göndərirlər. Sosial Mediada etibar etmə, inam qazanılan bir məsələdir. Bircə dəfə yayılan qeyri-səlis, qeyri-dəqiq məlumat bəsdir ki, sizə olan inam itsin. Amma daha ciddi, daha dəqiq məlumatlar yayılarsa bu oxucuların inamını və sizə olan güvəni daha da artırar.

- Azərbaycanda iki bloqqer həbsdədir. Və belə deyirdilər ki, bloqqerlər jurnalist deyil. Bəs, ABŞ-da necə bloqqerləri jurnalist adlandırırlarmı?

- Əgər bloqqerlər jurnalist fəaliyyəti ilə məşğul olurlarsa, jurnalistlərdir. Çünki bir çox bloqqerlər var ki, onlar ciddi məsələlərdən yazmırlar, informasiya, məlumat yazmırlar. Yəni, jurnalist bloqqer ola bilər, amma hər bloqqer jurnalist ola bilməz. ABŞ-da bloqqerlərin jurnalist olub olmamaqları barədə debatlar artıq köhnəlib. İndi ABŞ-da «twitter»çilərin jurnalist olub olmamaqları barədə müzakirələr aparılır.
XS
SM
MD
LG