Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:45

Polis aksiya iştirakçılarını Qobustana aparıb


12 iyun aksiyası
12 iyun aksiyası
AXCP Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlı və Müsavat Partiyası Laçın rayon təşkilatının sədri Ramiz Xəlilova 10 sutka həbs cəzası verilib.

Yasamal rayon Məhkəməsinin qərarına əsasən, Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı və fəal Əhəd Məmmədli 25 manat cərimələnib.

Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı və başqan müavini Tofiq Yaqubluya isə xəbərdarlıq olunub.

MÜXALİFƏTÇİLƏRİN EKSKURSİYASI BAŞA ÇATIB

Xəbərdarlıq edilərək buraxılan 23 nəfər Bakıya qayıdıb.

MÜSAVATÇILAR POLİSLƏ EKSKURSİYAYA ÇIXIB


Aksiya zamanı saxlananlardan 23-ü xəbərdarlıq edildikdən sonra Qobustan qoruğunda ekskursiyaya çıxıb.

Bu barədə hazırda qoruqda olan Müsavat Gənclər Təşkilatının üzvü Ramiz Baxış AzadlıqRadiosuna deyib:

«İki hissəyə bölüblər, ekskursiyaya çıxarıblar, hərəmizin yanında bir polis ekskursiya edirik. 23 nəfər gətirilib, 23 də polis və 2-3 mülkigeyimli var. Nə vaxt buraxılacağımızı deməyiblər.

Bəlkə də bu, ATƏT-in seminarının nəticəsidir».

Bu arada icazəsiz mitinq zamanı saxlanan 6 nəfərin işinə Yasamal rayon Məhkəməsində baxılır.

6 NƏFƏRİN İŞİ MƏHKƏMƏYƏ GÖNDƏRİLƏCƏK


Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov AzadlıqRadiosuna belə deyib. O bildirib ki, Şəhər İcra Hakimiyyəti orqanları ilə razılaşdırılmadığı üçün müxalifətin icazəsiz mitinq cəhdinin qarşısı alınıb:

«Bu zaman polisin qanuni tələblərinə riayət etməyən, polisə qarşı müqavimət göstərən 30-a yaxın adam saxlanıb. Onların 24-25-i Yasamal rayon Polis İdarəsində xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb. 6 nəfərin işi isə qanunla müəyyən olunmuş qaydada tədbir görülməsi üçün məhkəməyə göndəriləcək».

MİTİNQ DAĞIDILIB


Müsavat Partiyasının Gənclər Komitəsinin sədri Tural Abbaslı AzadlıqRadiosuna bildirib ki, saxlanılanlar Yasamal rayon Polis İdarəsinə aparılır.

Aksiyada ümumilikdə 30-a yaxın şəxs saxlanılıb.

Tural Abbaslı deyir ki, Yasamal rayon Polis İdarəsində saxlanılanlara qarşı kobudluq edilir, mülkigeyimli şəxslər təhqiramiz ifadələr işlədir.

Saxlanılanlar arasında AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı da var.

Musavat partiyasının aksiyası
Gözlə

No media source currently available

0:00 0:02:26 0:00
Direct-ə keçid


POLİS AKSİYAYA İMKAN VERMİR


Müsavat Partiyası və Demokratiya Uğrunda İttifaq (DUİ) metronun «Elmlər Akademiyası» stansiyasının qarşısında aksiya keçirir.

Aksiya iştirakçıları polis tərəfindən saxlanılır.

Metroya giriş və çıxış məhdudlaşdırılıb. Piyadaların yolları dəyişdirilir.

Aksiyanın əsas tələbləri seçkiqabağı demokratik şəraitin yaradılması, seçki qanunvericiliyində islahatlar aparılmasıdır.

Hazırda Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev, Yasamal rayon Polis İdarəsinin rəisi Məhəbbət Hüseynov, Bakı Metropolitenin rəisi Tağı Əhmədov ərazidədir.

Polis metronun qarşısına toplaşan KİV nümayəndələrindən ərazini tərk etməyi tələb edir.

MÜSAVATÇI GƏNCLƏRİ MİTİNQ CƏHDİNDƏN ƏVVƏL TUTUBLAR

Tural Abbaslı, Əhəd Məmmədli, Rüfət HacıbəyliRəşad Əliyev Yasamal rayon 26-cı polis bölməsindədirlər.

XS
SM
MD
LG