Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:30

Almaniya–Avstraliya qarşılaşmasından sonra inisdent


Durban stadionunda parad
Durban stadionunda parad

Stadionun yüzlərlə əməkdaşı stadiona, stadionun avtomobil dayanacağına toplaşaraq iş şəraitlərinin ağır olmasına etiraz ediblər. Həmçinin onlar DÇ-2010 müddətinə əməkhaqlarının qaldırılmasını tələb ediblər. Əsas narazılıq isə işçilərə DÇ-2010 müddətində söz verilən gündəlik 195 dollar əvəzinə cəmi 25 dollar verilməsidir

Cənubi Afrika Respublikasının Durban şəhərində polislə “Durban” stadionunun personalı arasında qarşıdurma yaranıb. İyunun 13-də Dünya çempionatı çərçivəsində Almaniya – Avstraliya görüşü məhz bu stadionda keçirilib.

Stadionun yüzlərlə əməkdaşı stadiona, stadionun avtomobil dayanacağına toplaşaraq iş şəraitlərinin ağır olmasına etiraz ediblər. Həmçinin onlar DÇ-2010 müddətinə əməkhaqlarının qaldırılmasını tələb ediblər. Əsas narazılıq isə işçilərə DÇ-2010 müddətində söz verilən gündəlik 195 dollar əvəzinə cəmi 25 dollar verilməsidir. Daha bir narazılıq ondan ibarət olub ki, Almaniya – Avstraliya oyunundan sonra stadion administarsiyası işçiləri nəqliyyatla təmin etməyib. Bəzi işçilər Durbana ətraf kəndlərdən gəldiklərinə görə evə qayıtmaq onların bir neçə saat vaxtını alıb.

Etiraz aksiyasını dağıtmaq üçün hadisə yerinə polis dəstələri cəlb olunub. Polis gözyaşardıcı qazdan və fiziki gücdən istifadə edib. Lakin 300-dən çox nümayişçi qonşu küçəyə toplaşıb. Bu dəfə nümayişçilər gücləndirilmiş polis dəstələri ilə üzləşib və danışıqlardan sora etirazçılar evlərinə dağılışıblar. Aksiya zamanı xəsarət alan və saxlanılan olmayıb

CAR-da keçirilən DÇ-nın təşkilatçıları qeyd ediblər ki, insident Almaniya–Avstraliya oyunu bitdikdən bir neçə saat sonra başlayıb və ona görə də xarici azarkeşlər üçün heç bir təhlükə olmayıb. Təşkilatçılar həmçinin söz veriblər ki, vəziyyəti araşdıracaqlar və çalışacaqlar ki, belə hal bir daha təkrarlanmasın.
XS
SM
MD
LG