Keçid linkləri

2024, 29 Noyabr, Cümə, Bakı vaxtı 00:49

Heminquey – ayaqqabı brendi olacaq


Ernest Heminquey
Ernest Heminquey

Oğlu Nobel mükafatlı Amerika yazıçısı Ernest Heminqueyin adına kişi ayaqqabısı brendinin yaradılmasına icazə verib. (AP)

Bu adda ilk ayaqqabıların ilk partiyası artıq sentyabrda Amerikada ayaqqabı dükanlarında satışa çıxarıla bilər.

82 yaşlı Patrik Heminqueyin bildirdiyinə görə, yeni ayaqqabıların əsas üstünlüyü o olacaq ki, onları corabsız da geyinmək olacaq.

Yazıçının oğlu deyib ki, atasının corab geyməkdən zəhləsi gedərdi.

Yeni ayaqqabıların istehsalı ilə Thomas Raymond & Co şirkəti məşğul olur, ayaqqabılar Salvadorda bizon və öküz dərisindən tikilir.

İlk partiya 30 min cüt olacaq.

“Heminquey" ayaqqabılarının qiyməti 150-235 dollar arası olacaq və üç kolleksiyası yaradılacaq – “idman”, “balıqçı” və “ədəbiyyat”.

“Qoca və dəniz” və başqa dünyaca məşhur əsərlərinə görə Heminqueyə Nobel mükafatı verilib. O, 1961-ci ildə intihar edib.

XS
SM
MD
LG