Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:19

Nazirlərin kimin iştirakı ilə görüşəcəyi bəllidir


ATƏT üzvü olan ölkələrin xarici işlər nazirlərinin iyulun 16-17-də Almatıda keçiriləcək qeyri-rəsmi görüşü çərçivəsində Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanın ATƏT-in Minsk qrupunun həmsədr ölkələrdən olan həmkarlarının iştirakı ilə görüşü təşkil olunacaq. Nazirlərin görüşündə «ATƏT üçlüyü»ndən (Qazaxıstan, Yunanıstan və Litva) olan həmkarları, ATƏT-in sədri Kanat Saudabayevin iştirakı da tutulub.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iyulun 9-da jurnalistlərə açıqlamasında deyib ki, Almatı görüşündə Laçın və Kəlbəcərlə bağlı olan məqamlar müzakirə olunacaq:

«2007-ci ildən Laçın və Kəlbəcərin məsələsi ilə bağlı iş aparılıb, prezidentlərin 9 görüşü olub, həmsədrlər regiona intensiv səfərlər ediblər. Həmsədrlər Afinada Madrid prinsiplərinin yenilənmiş variantını təqdim edəndə Azərbaycan bu məsələnin artıq tarixdə qaldığını və razılaşma əldə olunduğunu saydı. Madrid prinsiplərinə görə, 5 il ərzində Kəlbəcər və Laçın boşaldılmalıdır. Ermənistan tərəfi yenə də bu məsələ ilə bağlı müzakirələri davam etdirmək istəyir». /Mediaforum/
XS
SM
MD
LG