Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:21

«Yeni birlikdə siyasi cırtdanlar olmamalıdır»


Fuad Qəhrəmanlı
«Yeni siyasi birliyin iktərəfli əsasda yaradılmasının tərəfdarıyıq».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı deyib. O bildirib ki, bu məsələ ilə bağlı mövqeləri Müsavat Partiyasının rəhbərliyinə çatdırılıb:

«Biz siyasi birliyin ikitərəfli əsasda yaradılmasının tərəfdarıyıq. Yəni bu Müsavat Partiyası ilə Xalq Cəbhəsinin birliyi olmalıdır. Və hesab edirik ki, belə bir əsasda güc mərkəzi yaranarsa, doğrudan da bu artıq müxalifət düşərgəsində siyasi konsalidasiya üçün çox gözəl imkan açmış olar. Bu günə qədər hakimiyyətin müxalifət düşərgəsindəki proseslərə təsir imkanları bəzən siyasi proseslərə təsiri olmayan siyasi cırtdanlar vasitəsi ilə olub. Ona görə də yaradılacaq birliyi daxili kataklizmlərdən qorumaq üçün məhz bu cür siyasi cırtdanların iştirakı olmamalıdır».

Müsavat Partiyasının Məclis sədri Sülhəddin Əkbər isə deyib ki, bu müzakirələrin mövzusudur:

«İlkin mərhələdə ola bilsin ki, bu, iki tərəfli olacaq. Amma hadisələrin məntiqi onu diqtə edəcək ki, bu birlik yarandıqdan sonra digər siyasi qüvvələr də bu ora cəlb olunsun.
Sülhəddin Əkbər
Təbii ki, biz danışıqlar mərhələsində qarşı tərəfin fikrini nəzərə almaq zorundayıq. Necə ki, onlar bizim fikirləri nəzərə aldılar. Və mənə elə gəlir ki, biz bu barədə müttəfiqlərimizlə münasibətləri danışıqlar yolu ilə qaydasına qoya bilərik. Daha konkret istəyirsinizsə cavab verim, yəqin ki, Demokratiya Uuğrunda İttifaqa (DUİ) və ona daxil olan partiyalar da bu birliyin yaranmasına mane olmayacaqlar».

DUİ- yə daxil olan partiyalardan KXCP-niun sədri Mirmahmud Mirəlioğlu isə deyib ki, onlar Müsavat Partiyası ilə əvvəlcədən niyyət protokoluna imza atıblar:

«DUİ adından mən, Müsavat Partiyası adından İsa Qəmbər onu imzalayıb. Bu gəlişmələr reallaşar, ondan sonra məsələyə münasibət bildirmək olar. Bizi də bu məsələrdən xəbər edəcəklərsə təbii ki, mövqeyimiz olacaq. Niyyət protokolunda seçki öncəsi şəraitin demokratikləşdirilməsi nəzərdə tutulub. İmkan düşdükdə dairələr arası namizədlər razılaşdırılmalıdır. Artıq biz o istiqamətdə kurs götürmüşük və bir sıra addımlar atmışıq. Bəzi dairələr üzrə razılaşmalarımız var. Amma bunun media üçün açıqlanmasını məqsədə uyğun hesab etməmişik».

Mirmahmud Mirəlioğlu
Müsavat Partiyasının Məclis sədri Sülhəddin Əkbər niyyət protokolunun olmasını təsdiqləyib və bildirib ki, AXCP ilə bu məsələləri razılaşdırmaq mümkündür:

«Həmin dairələr az saydadır və mənə elə gəlir ki, AXCP də buna dəstək verə bilər».

AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı isə deyib ki, onlar məsələlərə konstruktiv yanaşmağın tərəfdarıdırlar:

«AXCP və Müsavatın birliyi yaranırsa, bu o demək deyil ki, bütün dairələrdə bu partiyaların namizədləri olmalıdır. Təbii ki, biz hər bir dairəni qiymənləndirməyin tərəfdarıyıq. Və doğrudan da orada şansı olan demokratik düşərgəni təmsil edən başqa bir namizəd varsa, hesab edirəm ki, ikitərəfli olaraq qəbul edə bilərik. Yəni burda problem yoxdur».



/Hazırladı: Kamran Mahmudov/
XS
SM
MD
LG