Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:47

İslam fundamentalizminin atası - Seyyid Kutub əslində kim olub?


Indi Əfqanıstanda, İraqda, Somalidə, hətta Qərb ölkələrində - terrorçuların törətdiyi partlayışdan sonra panika səhnələrini tez-tez televiziylarda görmək olar.

Radikal islamçılar üçün Amerika əsgəri, yaxud öz millətindən olan dinc insanların heç bir fərqi yoxdur, onlar bütün mümkün vasitələrlə cəmiyyətdə təlaş və xaos yaratmağa çalışırlar.

Terrorçular İslam fundamentalizminə əsaslanırlar. İslam fundamentalizminin ideoloqu isə vaxtilə bir misirli dövlət qulluqçusu olub.

Onun adı Seyyid Kutubdur.

Qlobal jihad üçün ilham mənbəyi olmuş Kutub haqqında avqustda Amerikada

“İslam fundamentalizminin atası – İnqilabçının portreti”

adlı kitab çıxacaq – Amerika Kolumbiya Universitetinin buraxacağı kitabda o heç də Hitler kimi faşist obrazında təsvir edilmir.

Müəllif Con Kalvert bildirir ki, Kutubun reputasiyasını tamamilə qara rənglərlə təsvir etmək düzgün deyil.

Kitabın yazılması zamanı müəllifin üzləşdiyi əsas çətinliklərdən biri Kutubun romantik millətçidən islamçıya və daha sonra İslam inqilabçısına çevrilməsinin necə baş veridiyini anlatmaq olub.

Kalvert bunun üçün onu Misir həyatını araşdırıb. Misir kontekstində məsələyə yanaşıb.

Kutub 1-ci Dünya Müharibəsindən sonra kənddən şəhərə köçən minlərlə gəncdən biri olub.

O, Misir cəmiyyətində - yeni - təhsilli şəhərlilər -

əfəndiyyə təbəqəsinin bir üzvünə çevrilib.

O zaman Kutub dövlət qulluqçusu idi və boş vaxtlarında şeir yazır, özünü ədəbiyyat tənqidçisi kimi təsdiqləməyə çalışırdı.

Almaniyadakı cihadçılar. 2009
İlk dövrlərdə Kutub sufiliyə də meyl edirdi, həmin dövrdə dünyəvi millətçilik ideyalarını müdafiə edirdi.

O öz məsləkdaşları ilə birgə - Misirdə ağalıq edən Britaniya müstəmləkəçiliyinə və Fələstinin sionistlər tərəfindən işğalına qarşı çıxırdı.

1940-cı illərin sonunda millətçi partiyaların iflasa uğramasına görə Kutubda bundan məyusluq yaranır, o, islamçılığa meyl edir – “İslamda sosial ədalət” adlı kitab yazır.

Bundan bir qədər sonra Kutub Amerikaya gedir – Amerikada keçirdiyi iki il onun düşüncəsinə dərin təsir göstərir.

O, Amerikanın elm sahəsində nailiyyətlərinə heyran qalsa da, Qərb cəmiyyətindəki materalizm, açıq-saçıqlıq və irqçiliyə nifrət edir.

Misirə qayıdandan sonra Kutub – Misirdəki islamçı hərəkata –

Müəlman qardaşlığı hərəkatına qoşulur.

O Vətənə qayıdandan iki il sonra ordu zabiti Abdel Nasser Britaniyanın dəstəklədiyi monarxiyanı devirib hakimiyyətə gələndə Kutub da yeni hakimiyyəti dəstəklədi, onlarla birgə çalışdı.

Amma 1954-ci ildə Nasser ona qarşı edilən sui-qəsd cəhdindən sonra islamçılarla düşmən oldu.

Sui-qəsddən sonrakı kütləvi həbslər zamanı Kutub da həbsxanaya düşdü.

Həbsxana həyatı və işgəncələr onu radikal inqilabçıya çevirdi. Onun həbsdə yazdığı və “Yoldakı işarətlər” adlanan kitabı darmadağın edilmiş Müsəlman qardaşlığı hərəkatının gələcək yol xəritəsi idi.

Həmin əsər sonradan bütün dünyada islamçılar üçün stolüstü kitaba çevrildi, İslam inqilabçılığının manifesti oldu.

Amma Kutub özü bunları görmədi, çünki

1966-cı ildə vətənə xəyanət ittihamı ilə asıldı.

Islamçılar onu şəhid kimi qəbul edirlər.

“Yoldakı işarətlər” əsərində Kutub müsəlman dövlətlərindəki vəziyyəti cahiliyyə adlandırır. Adətən İslama qədərki Ərəbistanı təsvir etmək üçün işlənən bu terminə Kutub yeni məna verdi, müsəlman ölkələrindəki hökumətlərləri ittiham edərək dedi ki, Qərb mədəniyyəti və dünyəvilik prinsipi ilə korlanmış belə cəmiyyətlər İslamdan uzaqlaşıblar.

Kalvert Qüdsün Qərbdə mənfi sayılan cəhətlərini gizlətməyə çalışmır, xatırladır ki, Kutub İslamın düşmənlərini “Xaç yürüşçüləri və yəhudilər” kimi təsvir edirdi. Bu gün Əl-Qaidə terror təşkilatı və başqa cihadçılar da həmin sözlərdən istifadə edirlər.

Amma müəllif onu da xatırladır ki, Kutub bəzilərinin düşündüyü kimi

nasist liderlərinə bənzər ideoloqlardan deyildi,

günahsız insanların öldürülməsinə qarşı çıxırdı.

Və indi onu özünə müəllim sayan, onun adından istifadə edən cihadçıların nələr törətdiyini görsəydi, yəqin dəhşətə gələrdi.

Amerikada avqsutda çıxacaq yeni kitab Kutubun rakializmini ört-basdır etmir, amma onun haqqında yanlış təsəvvürləri də aradan qaldırmağa çalışır. Bu isə kitabın uğurlu cəhəti sayıla bilər.
XS
SM
MD
LG