Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:45

«AXCP-Müsavat birliyi baş tutmayacaq»


Ümid partiyasının sədri İqbal Ağazadə
Ümid partiyasının sədri İqbal Ağazadə
«AXCP-Müsavat birliyi baş tutmayacaq». Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında deputat, Ümid partiyasının sədri İqbal Ağazadə deyib. Onun sözlərinə görə, o, bütün baş verənləri əvvəlcədən proqnozlaşdırdığından bu birliyin də baş tutmayacağını əminliklə deyə bilər.

«Net olaraq qeyd edirəm ki, nəinki partiyalar birləşəcək, hətta seçki bloku da yaranmayacaq. Çox təəssüflər olsun».

Bunun səbəblərini bilsə də, açıqlamaq istəmədiyini deyən İqbal Ağazadə bu birliyin baş tutmasında ümidli olan şəxslərin qəlbini qırmaq istəmədiyini deyib. O deyib ki, ümumiyyətlə bu prosesə Rəsulzadə - Elçibəy yolunun davamçılarının birləşməsi adının qoyulması düzgün deyil. Çünki bu yol müstəqillik yolu olduğundan hər bir azərbaycanlının yoludur. İdeoloji yol deyil. Deputat deyib ki, bu gün iqtidarla yanaşı, müxalifətdə ona qarşı qara piar aparır.

«Mən Azərbaycan siyasətində yeganə adamam ki, nə Heydər Əliyev hakimiyyətinin şinelindən çıxmışam, nə xalq hərəkatının rəhbərlərindən olmuşam. Məndən başqa hər kəs ya Elçibəy komandasında olub, xalq hərəkatında, ya da Heydər Əliyev şinelindən çıxıb. İqbal Ağazadə Azərbaycan siyasətinə kənardan gəlmiş kimi görünür. Pənah Hüseynin öz deyimi ilə deyim. Səni vurmağımızın tək səbəbi var. Bunu tək mənim yanımda yox. Bir neçə nəfər müxalifətçinin yanında deyib. ortada bir müxalifət kökəsi var. Sən gəlib elə bir səviyyəyə çatmısan ki, gəlib o kökəni bütövlükdə götürmək istəyirsən. Bizim burda çəkimiz, yerimiz var. Hər kəs yalnız bizim icazəmiz olaraq götürə bilər. Xeyir ola biz iddialarımızı gerçəkləşdirməmiş yeni bir adam çıxsın ortaya?
Pənah Hüseyn
Bax budur reallıq».

Pənah Hüseyn isə deyib ki, İqbal Ağazadənin belə sözlər deməsinə inanmır.

«Mənim leksikonumda kökə sözü yoxdur. Ümumiyyətlə isə müxalifət kökə deyil. Sözün doğrusu təəccüb edirəm ki, iqbal bəy belə bir söz deyib. O ki, qaldı qara piara, istər müxalifətdə, istər müxalifətdən kənarda hər bir şəxsi sevənlər və sevməyənlər var. İqbal bəyə qarşı tənqidlər var, ona qarşı özünün dediyi kimi, qara piar aparanlar var. Haqlı olanlar da var tənqidlər içərisində. Əlbəttə ki, qara piar haqsızdır. Bu bütün siyasətçilərə qarşı tətbiq olunur. O cümlədən İqbal bəyə qarşı».

Dinləyicilərin suallarını cavablandıran İqbal Ağazadə İsa Qəmbərə xəyanət etməsi barədə sualları da cavablandırıb:

«Mən İsa Qəmbərin namizədliyi uğrunda mübarizə aparıb həbsxanaya getdim, yoxsa İsa Qəmbər mənim namizədliyim uğrunda mübarizə apardı? İsa Qəmbəri satıb neynədim? Biz İsa Qəmbərin qalib gəlmiş prezident kimi kürsüyə oturması üçün canımızdan belə keçdik. İsa Qəmbər neynədi? Hüquq müdafiəçilərinin maşınına əyləşib, evinə getdi. İndi bunlarımı açıb danışaq?»

İqbal Ağazadə ilə söhbətin davamını bilmək istəyirsinizə, verilişi tam olaraq dinləyin.

XS
SM
MD
LG