Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 12:53

Yeni seçki blok yaranır


Böyük Quruluş partiyasının lideri Fazil Mustafa
Böyük Quruluş partiyasının lideri Fazil Mustafa
Böyük Quruluş, Bütöv Azərbaycan Xalq Cəbhəsi və Ədalət partiyaları bu ilin noyabrında keçiriləcək parlament seçkilərində birgə iştirak barədə müzakirələrə başlayıblar.

Bunu AzadlıqRadiosuna Böyük Quruluş partiyasının lideri Fazil Mustafa deyib. Onun dediyinə görə artıq 30 dairə üzrə vahid namizədin irəli sürülməsində razılıq əldə olunub:

«Digər dairələrdə isə namizədlərlə bağlı maraqlarımız toqquşur. Ona görə də vahid blok yaratmağımız ləngiyir».

Fazil Mustafa deyir ki, əgər digər dairələr üzrə də razılıq əldə olunmazsa sözügedən 3 partiyanın vahid blokda birləşməsi mümkün olmayacaq:

«Razılıq olmasa, blok yaranmaya bilər. Amma əz azı əməkdaşlıq formasında olsa da seçkidə bir-birimizə dəstək verəcəyik».

Bəzi mətbuat orqanlarında sözügedən partiyaları hakimiyyətə yaxın müxalifət adlandırırlar.

Müxalifətin daha bir cinahını təşkil edən Müsavat və Azərbaycan Xalq Cəbhəsi partiyaları arasında da seçkiyə birgə getməklə bağlı danışıqlar başa çatmaq üzrədir.
XS
SM
MD
LG