Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:42

Mahmud Qurbanov: «Sözümüz çəp gəldi. Başqa heç nə»


Mahmud Qurbanov
Mahmud Qurbanov
«Məni redaksiyaya getməyə «Komanda» qəzetinin redaktoru məcbur elədi».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında futbolçu, «Komanda» qəzetinin baş redaktoru Rəşad Ergünü döyməkdə adı hallandırılan Mahmud Qurbanov deyib. Onun sözlərinə görə, redaktorla söhbət əsnasında anlaşılmazlıq baş verməsəydi, belə vəziyyət yaranmazdı:

NALAYİQ SÖZLƏR...

- Məni redaksiyaya getməyə «Komanda» qəzetinin redaktoru məcbur elədi. Mən ona zəng eləmişdim məqalə ilə bağlı. Sözümüz düz gəlmədi və o məni dəfələrlə dəvət elədi ki, gəl ora. Mənim də oyunum olduğu üçün getmək istəmirdim. Arada nalayiq sözlər oldu, ona görə durdum getdim.

- Yəni nalayiq sözlər...

- Nalayiq sözlər, yəni indi bunu açıqlamağın yeri yoxdur. Mən ona görə getdim. Mənim ümumiyyətlə fikrim yox idi getməyə. Mən onun özünə demişdim ki, oyun qurtarsın, sonra səninlə görüşərəm. O da dedi ki, mən olmayacağam. Mən səni gözləyirəm. Artıq-əskik danışdı. Mən də durdum getdim.

- Məqsəd nə idi getməyinizdə?

- Dedim görüm nə məsələdir, məni niyə dəvət edir?

- Jurnalistlər iddia edirlər ki, siz gedib orada adamlara da, avadanlığa da xəsarət yetirmisiz.

- Mən ora nə otaq talan eləməyə getmişəm, nə oğurluq etməyə getmişəm, nə də nəyi isə qırmağa getmişəm. Mənim ora getməyimin məqsədi bu məsələni aydınlaşdırmaq idi. O məndən sonra qurmadır. Özü-özünü reklam edirsə etsin, mənə belə reklam lazım deyil. O ki, qaldı polisə verməyə, bu gün getdim. Məni tanış etdilər polislə. Öz ərizəmi yazdım. Necə olub, nə cür olub çıxıb gəlmişəm. Amma ki, onun məişət avadanlıqlarıdı bunları özünü sığortalamaq, məni qabaqlamaq üçün edib. Mən onun heç bir şeyini qırmamışam orada. Doğrudan da qırmışamsa polis var, əl izlərimizi götürə bilər ki, kim qırıb, nə ilə qırıb, necə qırıb?

O DA MƏNƏ XƏSARƏT YETİRİB

- Sizcə onlar özləri özlərinə xəsarət yetiriblər?

- Bilmirəm. Əslində, o da mənə xəsarət yetirib. Yəni ki, mən bu haqda polisə yazmışam.

- Yəni o sizə xəsarət yetirib, amma siz cavab verməmisiniz?

- Cavab verməmişik deyəndə, elə şeylər var ki, mən açıq necə deyim? Sözümüz düz gəlməyib də. Onu deyim.

- Söz bir şeydir, yumruq başqa şeydir.

- Ola bilər yıxılıb, ola bilər nəsə olub ona. Ona mən nə deyə bilərəm? Mən axır sözümü deyim də sizə. Mən belə reklam olunmaq istəmirəm. Reklam olunmaq istəyirsə olsun. Mənim belə reklama ehtiyacım da yoxdur.

- Siz nədən belə hesab edirsiniz ki, o reklam olunmaq istəyir?

- O olmalıdır da. Nə bilim. Bəlkə ürəyində ulduz olmaq istəyir, özünü yazıq göstərir. Əslində, mənim necə insan olduğumu bütün futbol ictimaiyyəti bilir. Yəni onun da necə adam olmağını hamı bilir. Burda başqa mən söz deyə bilmərəm.

O MƏNİ VURMAYIB, ELƏMƏYİB

- Gəlin Rəşad bəyin də fikrini eşidək.

Rəşad Ergün
- Mən onun fikrini eşitmək istəmirəm. O özünü yazıq qisminə qoyub reklam edəcək.

- Ortada adamın döyülməsi faktı var.

- Ortada adam döyülüb, necə döyülüb, bəlkə heç mən döyməmişəm (gülür).

- Amma siz deyirsiz ki, əlbəyaxa olmusunuz?

- Yox əlbəyaxa olmamışıq, sözümüz düz gəlməyib.

- Siz dediniz ki, o sizə xəsarət yetirib.

- Xəsarət yetirib deyəndə ki, o məni vurmayıb, eləməyib. Yəni deyirəm ki, əgər xəsarətə qalsa ola bilər. Mən demirəm ki, məni vurub o.

- Elə olmur. Ya xəsarət olur, ya olmur.


- Orda ölüm olmayıb, itim olmayıb, heç nə yoxdur orada. Elə iş də yoxdur orada. Mən məəttələm bunu şişirtməyin... Yenə deyirəm reklam edirsə etsin. Məncə, bunu şişirtməyə ehtiyac da yox idi bu qədər. İş polisdədir də, indi polis araşdıracaq.

- Ümid edirəm sağlamsınız?

- Şükür Allaha. Yəqin danışıramsa sağlamam.

-Yəni gözünüzün altı göyərməyib, üzərinizdə xəsarət izi yoxdur?


- Hər şey yaxşıdır, salamatçılıqdır.

- İstintaq zamanı bunlar ortaya çıxsa, biz əvvəlcədən bilək ki, bu var ya yoxdur.

- Nə var orada yazmışam. İndi sizə mən hər şeyi deyəsi deyiləm ki.

SÖZÜMÜZ ÇƏP GƏLİB. BAŞQA HEÇ NƏ

- Niyə demirsiniz ki?

- Demək lazım olan yerdə demişəm. İndi mən burda nə deyim sizə. Mən olan şeyi dedim.

- Sözün düzü o qədər də anlamadım, əgər heç kim dalaşmayıbsa, onda xəsarət sizə necə yetirilib? Bunu bir az anlatsaydınız daha yaxşı olardı?


- Anlatsaq deyəndə ki, mən necə deyim. Olub da indi onun nəyini anladaq.

- Axı bu olan nədir? Olub. Nə olub?

- Heç nə. Sözümüz çəp gəlib. Başqa heç nə yoxdur.

- Sözünüz çəp gələndə adətən neynirsiz?

- Sözümüz çəp gələndə görüşürük söhbətimiz edirik də, çürüdürük söhbətimizi, aydınlaşdırırıq.

- Bu aydınlaşdırma prosesi necə həyata keçir?

- Aydınlaşdırma prosesi necə keçir deyəndə ki, mən dəli olmamışdım oyun günü bazanı tərk edim. Deməli, məni məcbur edib, şantaj edib ki, mən getmişəm ora. Ofislərini heç bilmirdim haradadı, özü harada oturur. Mən həmişəki kimi öz oyunuma hazırlaşırdım və narazılığımı bildirdim. Və dedim ki, sabah görüşərik. Yenə deyim də necə oldu. Daha bildiniz mən dedim. Daha bu qədər reklam olunası heç nə yoxdu burada. Başqa sözünüz var?

- Daha bir sözüm yoxdur.

- Mən necə var dedim sizə. O orada oturub, telefon xəttindədir, bilmirəm. Reklam edirsə qoy etsin özünü.

YAZIQ KİMDİR?

«Komanda» qəzetinin baş redaktoru Rəşad Ergün isə deyib ki, Mahmud Qurbanovun bu əməli barədə tək özü cavab verməməlidir:

- Mahmud Qurbanov yazıq ifadəsini işlədir. Mən indi onun necə yazıq insan olduğunu gördüm ki, insan necə yazıq vəziyyətinə düşər və elədiyini danar. İkincisi, Mahmud Qurbanov peşəkar futbolçudur və 37 yaşı var bu adamın. «Bakı» kimi peşəkar bir klubun oyunçusudur. Qəti icazə yoxdur ki, hansısa bir oyunçu oyun günü komandanın düşərgəsini tərk edib harasa getsin. Bu, icazəsizdir. Buna cavab versinlər ki, oyun günü futbolçu düşərgəni niyə tərk edib? Bu, ciddi bir detaldır. Oyuna bir neçə saat qalmış futbolçu düşərgəni tərk edib redaksiyaya hücuma keçir.

«Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu məsələyə münasibət bildirərək deyib ki, artıq cəmiyyətdə belə hadisələrə yanlış təəssürat yaranıb. Amma vəziyyəti tərsinə düşündükdə isə hadisələr də tamam başqa cür cərəyan edərdi:

- İnsanlarda belə bir təəssürat var ki, jurnalisti döymək və cəzasız qalmaq olar. Mən bir müqayisə deyəcəm. Tutaq ki, tanınmış bir jurnalist bir futbolçunu döyüb. Müstəqil KİV-in birinin redaktoru bir futbolçunu döyüb. Bilirsiniz nə olardı onda?

BELƏ HADİSƏLƏRƏ QARŞI MƏHKƏMƏ TƏCRÜBƏSİ FORMALAŞMAYIB

Xalid Ağaliyev
Media Hüquqları İnstitutunun proqram koordinatoru Xalid Ağaliyev
deyib ki, Azərbaycanda belə hadisələrə qarşı məhkəmə təcrübəsi formalaşmayıb:

- Ilk növbədə bu ondan qaynaqlanır ki, Azərbaycanda müstəqil medianın var olmasından artıq 10 ildən çox vaxt keçməsinə baxmayaraq, jurnalistlərə qarşı basqı faktlarının araşdırılması ilə bağlı məhkəmə təcrübəsi formalaşmayıb. Yəni bu cür əməllərə ədalətli qiymət verən təcrübə ortalıqda yoxdur. Adi vətəndaşın döyülməsinə olan yanaşma ilə jurnalistin döyülməsinə olan yanaşma arasında fərq olmalıdır.

Azərbaycanda da kifayət qədər nəzərə çarpacaq dərəcədə fərqlər mövcuddur. Məsələn, elə bloqçular. Bu xuliqanlıq hadisəsi kimi tövsif olundu. Xuliqanlığa görə bloqçulara hansı cəzanın verildiyini bütün dünya bilir. Məhz jurnalistə qarşı basqı faktlarına yanaşmaya baxaq. Onların çoxu tənqidçi jurnalistlərdir, onlara qarşı baş verən hadisələrin bəziləri məhz elə xuliqanlıq maddəsi ilə tövsif olunub. Amma heç birində Emin Milliyə, Adnan Hacızadəyə göstərilən münasibət onlara göstərilməyib.

BURADAN DİNLƏYİN:



XS
SM
MD
LG