Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:35

Müxalifət lideri Orxan Pamuka zəng edib...


Kemal Kilicdaroğlu
Kemal Kilicdaroğlu
Ədəbiyyat sahəsində 2006-cı ilin Nobel mükafatı laureatı Orhan Pamuk ana müxalifətdəki Cümhuriyyət Xalq Pariyasının lideri Kemal Kılıçdaroğluna

“Özünüz doğru gördüyünüz şeyləri söyləməyə davam edin.

Xasiyyətiniz necədirsə, o cür davranın. Mən də illərdən bəri bu şəkildə edirəm.

Qazandığım uğurlarda bu xasiyyətimin rolu böyükdür” - sözləri ilə tövsiyə edib.

“Cumhuriyet” qəzetinin Ankara təmsilçisi Utku Çakırözerin xəbərinə görə, CHP lideri Kılıçdaroğlu 12 sentyabrdakı referendumda konstitusiya dəyişikliyi paketinin lehinə səs verəcəyini açıqlayan Orhan Pamuka zəng edib.

Tanınmış yazıçı ilə müxalifət partiyasının lideri arasında dialoq bu şəkildə olub:

Kılıçdaroğlu: “Bu dəyişikliklər 12 sentyabr 1980-ci il hərbi çevrilişi ilə haqq-hesab çəkməyi bir tərəfə qoyaq, o dövrdən daha ağır şəkildə haqlarımızı da əlimizdən alacaq.

Dövlət idarələrindəki işlərə baxan məhkəmələrə şikayət haqqını vətəndaşların əlindən almaq 12 sentyabr generallarının belə ağlına gəlməmişdi. Amma, təəssüf ki, bu paketdə bu da var”

Pamuk: “Mən ədəbiyyatçıyam və belə bir mübahisənin bir tərəfi olmaqdan narahatam.

Xaricdə olacağıma görə, referendumda səs verməyə bilərəm”.

Telefon söhbətinin son dərəcə səmimi keçdiyini bildirən Kemal Kılıçdaroğlu, Nobel mükafatı laureatı Orhan Pamukun referendumla bağlı mövqeyinə hörmətlə yanaşdıqlarını sözlərinə əlavə edib.

Orxan Pamuk
İqtidardakı AKP-nin referenduma təqdim etdiyi konstitusiya dəyişikliyi paketinin əleyhinə təbliğat aparan CHP lideri Kemal Kılıçdaroğlu indiyə qədər təxminən 70 vilayətdə mitinq keçirib.

AKP lideri və baş nazir Ərdoğan isə təxminən 30 vilayətdə xalqdan konstitusiya dəyişikliyi paketini təsdiq etməsini istəyib.

Milliyyətçi Hərəkat Partiyası konstitusiya dəyişikliyi paketinin əleyhinə təbliğat aparır.

Kürd təmayüllü Barış və Demokrasi Partiyası isə 12 sentyabrdakı referendumu boykot edəcəyini aşıqlayıb.

Həmçinin oxu
Pamuk yeni Konstitusiyaya niyə “hə” deyəcək?
XS
SM
MD
LG