Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:27

Hacı Nərimanoğlu "Utandı" (Hekayə)


"Qaçqınlar" silsiləsindən

Utandı

- şimişqa vay, qəşəh şimişqadı, şimişqa alın...səs elektrişqanın özü kimi yırğalana-yırğalana gah irəli gedirdi, gah geri, qırılırdı, qalxıb enirdi -şimişqa alın da...elə bil yalvarırdı, səs hər dəfə onun fikrini yarımçıq kəsirdi, yaddaşına yaxın gəlib gerı dönürdü, bir dəfə geri qanrıldı ki bəlkə görə bu şirin səsin sahibin, balaca uşaq idi, 5-6 yaşı ancaq olardı, üzü o tərəfəydi, deyəsən kimsə simiçka alırdı, heç ondan çıxmayan iş, könlünə simişka düşdü, cibindən pul şıxardıb hazırladı,-şimişqa alıysız, səs onun qarşısındaydı, başın qaldırıb baxdı, göz-gözə gəldilər - Şa-şı, sənsən?...duruxdular, uşaq qarıxdığından bilmədi neyləsin, o da dərhal tanımışdı, deyəsən salam vermək istədi, əlin uzatmaq istəyəndə çaşdı, simiçka qabı yerə düşdü, vaqona töküldü, yanağı pörtmüş uşaq üzü qapıya tərəf qaçdı -Şaşı, qaqa dayan e, söz deyirəm, dalınca durdu, o biri vaqona qaçıb keçmişdi, bildi ki, daha geri qayıtmayacaq, bu qatara minməyinə peşman oldu, yerinə qayıtdı, günəbaxan tumları, plasmas qab, stəkan yerə sərilmişdi, özün danladı, deynən heç birdən ikiyə Sumqayıtdan Bakıya elektriçka ilə gəldiyin olmuşdu, uşağı da peşman elədim...yan-yörədə oturanlar da heç nə başa düşmədən qəribə baxırdılar bu mənzərəyə,...barı heç olmasa, tutub üzündən bir lomba qopara bilmədim o vaxtkı kimi, heyf...kənddə qonşuydular, yolun bir üzündə onlar olurdu, bəriki üzündə bunlar, hər dəfə görəndə bir bəhanəynən çağırıb danışdırırdı, nənəsi demiş mırtdadırdı- ay Şaşı, sən hələ genə yerinə işiyirsən - valla yox ,-yox nədi ə, odey odunun üstünə sərilən döşək sənin dəyil ? - yox e Ülçəy bacımındı, mənimki əndədi- gejə genə dədən mamanı döyürdü, niyə qoyursan e, daşı al duy qabağında, deynən anamı vıysan kəlləni dağıdajam -paa, məni də döyəy axı... totux, toppuş Şahbazı anası hər dəfə bizə bir şey dalınca göndərəndə gərək beş-altı dəfə arxasınca qışqıreydiki-sən allah, o iti az ürdürün orda, qoyun tez gəlsin, əlimdə işim var, Şaşını kim idi buraxan, güclə əlimizə düşürdü, bunu da hər dəfə nənəsi deyirdi- belə uşaq sevənsən evlən, özününkün mırtdat dayna...Şaşı, qoy birin də öpüm, sonra get, bax gör sənə nə verirəm e, ona da qarına gedən bir şey olsun...

Qubadlıdan çıxalı düz üç il idi ki, görməmişdi, ama bilirdi ki Sumqayıtda uşaq bağçasında qalırlar, neçə dəfə də evdə uşaqlarnan söhbət salmışdılar ki, görən Şahbaz neynir, yekəlibmi...gördü, o da belə, səni vurulasan uşax, day niyə qaçırsan, məni necə peşman elədi ye gör... üstdən xeyli ötmüşdü, yenə də hüzr yerinə gəlmişdi, Zabitlə-Şaşının atası ilə tay-tuş idilər, məktəbi bir oxumuşdular, görüşdülər, elə ağzın açmaq istəyirdiki onu qabaqladı:-Allah üzünü qara eləməsin sənin, uşağın da sifdəsin korlamısan o vaxtı, 3-4 gün idi başlamışdı biznesə, gündəlik çörək pulumuzu çıxardırdı, nə qədər elədim ki, ə qaqa, Azər əmin kənddən çıxandan Mingəçevirdə olur e, bura Dadaş dayının yasına gəlmişdi, yaqın görüb elektrişka gəlir, qaçıb minib vaqona...day bir də görmiyəjəy ha, xeyri olmadı təbliğatın, uşax elə o gündən atdı alverin daşın ...
XS
SM
MD
LG