Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:25

«Builki seçkilər əvvəlki seçkilərdən fərqlənir»


Əli Həsənov
Əli Həsənov
“Builki seçkilər əvvəlki seçkilərdən fərqlənir. Əvvəlki seçkilərdən fərqli olaraq bu dəfə bütün iddialı namizədlər, əsas partiyalar seçkilərə heç bir şərt irəli sürmədən qatılıblar”.

Bunu ATƏT-in Bakı ofisi ilə Prezident Administrasiyasının sentyabrın 20-də “Seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi” mövzusunda keçirdiyi birgə tədbirdə Prezident Administrasiyasının istimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.

O bildirib ki, əvvəlki seçkilərdə bir sıra partiyalar və namizədlər müəyyən şərtlər irəli sürürdülər, boykotdan danışırdılar. Bu dəfə isə belə şərtlər olmadan hamı seçkiyə qoşulacağını bəyan edib.

“Bunun özü bu seçkiləri əvvəlki seçkilərdən fərqləndirir”, - deyə Əli Həsənov bildirib.

İcra başçılarının da qatıldığı tədbirdə Ə.Həsənov onlara yerlərdə seçkiyə qeyri-qanuni müdaxilə etmədən seçki mühiti yaradılması və əhalinin seçki məntəqələrində səsverməsinin təmin olunması ilə bağlı tövsiyələr də verib.

Azərbaycanda parlament seçkiləri 2010-cu il noyabrın 7-də keçiriləcək.
XS
SM
MD
LG