Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:36

«Əxlaqsızlıq rüşvət almaqdır»


Elmir Mirzəyev
Elmir Mirzəyev
«Hakimiyyət, iqtidar öz legitimliyini bir növ bu elektron vasitələr üzərində qurmağa çalışır».

AQRAR TƏFƏKKÜRÜN MƏHSULU


Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında kulturoloq Elmir Mirzəyev Lider televiziyasında «Azadlıq» qəzetinin direktoru Azər Əhmədovla bağlı yayılmış görüntülərin yayımlanmasına münasibət bildirərkən deyib. O deyib ki, hakimiyyət tərəfindən mənəvi üstünlük itirilib. O, həmin süjeti aqrar təfəkkürün məhsulu adlandırıb.

«Kifayət qədər aqrar təfəkkürün məhsulu olan bu verilişdə çox iyrənc vasitələrdən istifadə edilərək məhz özünün qarşısında duran opponentlərini ləkələmək .. Nə bilim mənə elə gəlir ki, bu urbanistik intellektual təfəkkürün məhsulu deyildi».

O deyib ki, kiminsə şəxsi həyatını əxlaqsızlıq kimi qələmə vermək düzgün deyil.

ƏXLAQSIZLIQ İCTİMAİ FONDA OLA BİLƏR
Ələsgər Məmmədli


«Həqiqi əxlaqsızlıq rüşvət almaqdır, korrupsiyadır, əhaliyə qarşı faktiki terror tətbiq edilməsidir. Kiminsə yataqda nə etməsi nə məni, nə də ictimaiyyəti maraqlandırır. Həqiqi əxlaqsızlıq rüşvət burulğanında boğulmuş bu cür rejimin yaradılmasıdır. Əxlaqsızlıq ictimai fonda ola bilər. Şəxsi həyat əxlaqsızlıq mövzusu deyil».

Hüquqşünas Ələsgər Məmmədli isə hesab edir ki, hüquqi aspektdən qiymətləndirəndə bu məsələnin iki tərəfi var: biri özəl həyat məsələsi, digəri yayım siyasəti məsələsi.

QANUNDA GÖSTƏRİLİR Kİ...


«KİV haqqında qanunda açıq şəkildə göstərilib ki, 10-cu maddədə pornoqrafik materialların yayılması qadağandır. Və 60-cı maddədə buna görə məsuliyyətin müəyyən olunduğu göstərilir. Yəni KIV əgər belə bir şey yayarsa, buna görə məsuliyyət daşıyır. Və KİV haqqında qanunun 19-cu maddəsində keçən il olan dəyişikliklər pornoqrafik materialları yayanların Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi tərəfindən yayan yayımçının fəaliyyətinə xitam verilməsi ilə bağlı məhkəmə qarşısında iddia qaldırması səlahiyyətini prezident təqdim edib bu iki nazirliyə. Yəni hal-hazırda Lider TV bu görüntünü Xəbərlər proqramında verdiyi üçün Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi məhkəmə qarşısında iddia qaldırıb bunu ləğv etməlidir. Digər bir tərəfi özəl
İlhamiyyə Rzayeva
həyatla bağlıdır ki, bilirsiniz ki, özəl həyat Konstitusiyanın 32-ci maddəsinə görə qorunur və 32-ci maddəyə keçən il olan dəyişikliyə görə şəxsin razılığı olmadan qanunla yol verilən hallar istisna olmaqla onun görüntüsü, video çəkilişi ya da foto çəkilişi və. s. qeydə alına bilməz. Bu baxımdan özəl həyata müdaxilə istisnasızdır. Yayımla bağlı digər bir məqamsa ondan ibarətdir ki, Cinayət Məcəlləsinin 242-ci maddəsi birbaşa porno yayımını yayan tərəfin cinayət məsuliyyəti daşıdığını göstərib. Eyni zamanda şəxsi həyata müdaxilə edən, şəxsi həyatın toxunulmazlığını pozan hərəkətlərdə yenə cinayət məcəlləsinin 156-cı maddəsinə görə cinayət məsuliyyəti yaradır. Bütün bunlar paralel olaraq mülki məsuliyyət də yaradır».

BU, SİYASİ MÜBARİZƏ METODU DEYİL


Telejurnalist İlhamiyyə Rzayeva isə bildirib ki, hər dəfə cəmiyyətdə belə hallara pis münasibət olsa da, seçkiqabağı belə hadisələr baş verir . Telejurnalist belə görüntülərin yayılmasını əxlaqsızlıq adlandırıb.

«Bu, siyasi mübarizə metodu deyil. Burda axı siyasətdən söhbət getmir. Bir insanın intim həyatına iki insan arasında olan olayı 7 milyon insana göstərmək, özü də onların yataq səhnəsini hamıya göstərmək, sərgiləmək bu nəinki əxlaq, heç bir qanuna sığan bir şey deyil. Hər kim ki istəyir belə səhnələri seyr etsin, getsin başqa yerdə seyr etsin. Kütləvi informasiya vasitəsidir bu. Bu, qanunsuzluqdur və əxlaqsızlıqdır. Müqayisəyə gəlsə, düşünürəm ki, hər hansı şəxsi əxlaqsızlığı suçlayan insanlar belə çıxır ki, özləri ondan yüz qat artıq əxlaqsızlıq ediblər. Bu, cəmiyyətə nə dərəcədə sirayət edir. Bundan böyük şou düzəltmək və hamını bunun iştirakçısına çevirmək çox böyük cinayətdir, həm də əxlaqsızlıqdır».
XS
SM
MD
LG