Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:56

Din və seçki


Elşad Miri
Elşad Miri
“Din seçkiyə alət edilməli bir məsələ deyil”. Bunu AzadlıqRadiosunun “İşdən sonra” proqramında din və seçki mövzusunda danışarkən ilahiyyatçı, din eksperti Elşad Miri deyib. O bildirib ki, vətəndaş olaraq namizədlərin çıxışlarını izləsə də, seçki prosesinin içinə qatılmayıb:

“Kənardan izləməyə üstünlük verirəm. Onların seçki öncəsi platforması, çıxışları və yaxud da fikirlərini təqdim etmə formaları mənə maraqlıdır. Bir insan əgər millətə vəkillik edəcəksə, o həqiqətən də maraq doğurur. Ancaq onu da deyim ki, əksəriyyəti də təəssüf doğurur”.

“SEÇƏ DƏ BİLƏR, SEÇİLƏ DƏ”

İlahiyyatçı İlqar İbrahimoğlu isə deyir ki, seçki hamıya aid olduğundan inanclı şəxs bunu izləməklə yanaşı, həm prosesin iştirakçısına çevrilə, həm də dəstəkləyə bilər:

İlqar İbrahimoğlu
“İnanclı insanların da bir vətəndaş kimi seçmək və seçilmək hüquqları var. Bu hüquq da bütün vətəndaşlara şamil edildiyi üçün inanclı vətəndaş da izləyə bilər - passiv formada da, aktiv formada da. Seçə də bilər, seçilə də”.

Elşad Miri isə deyib ki, tarix boyu dindən müəyyən rejimlərdə istifadə ediblər. Amma din inanclı bir sistem olduğundan seçkiyə alət edilməli məsələ deyil:

“Dini istədiyiniz rejimdə, istədiyiniz hər hansı bir iqtidarda müəyyən formada istifadə etmək olar. Bu gün də tarixə baxdığımız zaman günümüzə qədər də bu situasiyanın baş verdiyinin şahidi oluruq. Amma bu gün dini məsələn, sırf demokratiya ilə və yaxud da əvvəllər daha fərqli sosializmlə və yaxud da kapitalizmlə və s. əlaqələndirmək doğru deyil. Çünki din bir inanc sistemidir”.

“MƏSULİYYƏT DAŞIYIRIQ”

İlqar İbrahimoğlu isə bir qədər fərqli düşünür. O deyir ki, seçki hamının sorumlu olduğu bir məsələdir və buna görə insanlar məsuliyyət daşıyır:

“Elə bir mövzu həyatımızda yoxdur ki, onun inanca və dinə aidiyyatı olmasın. Çünki inancımız bizə bildirir ki, həmişə Allah dərgahındayıq. Yeyərkən də, içərkən də, yatarkən də, durarkən də, seçim edərkən də, seçilərkən də. Və bu anlamda da seçki də seçib-seçilmək kimi iradəvi bir addımımız olduğu üçün biz Allah dərgahındayıq və məsuliyyət daşıyırıq”.

Buna da bax:

XS
SM
MD
LG