Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:32

AŞPA məruzəçisi Azərbaycana dəvət ala bilmir


Kristof Ştrasser
Kristof Ştrasser
“Mən Azərbaycana gəlib hesabat hazırlamaq istəyirəm. Hesabat qismən hazırdır, lakin onu tamamlamaq üçün mən Azərbaycana mandatım çərçivəsində rəsmi səfər etməliyəm”.

AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə Kristof Ştrasser bunu Azadlıq Radiosuna deyib.

AŞPA seçki müşahidə missiyası tərkibində Bakıya səfər etmiş Ştrasser artıq müəyyən hissəsi hazır olan hesabatı tamamlamaq üçün bu imkandan yararlana bilməyəcəyini dedi:

“Rəsmi səfər olmalı, rəsmi görüşlər keçirilməlidir. Bunu qaydalar tələb edir. Əks halda hesabat rəsmən təqdim oluna bilməz”.

Onun sözlərinə görə, hələ ötən ilin aprelində səfərin baş tutması üçün səylər göstərilib:

“İndi də ən yaxın müddətdə gəlməyə hazıram. Lakin bundan ötrü Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətindən dəvət almam lazımdır. Hələ ki, bu dəvəti ala bilməmişik. Bu barədə Azərbaycan nümayəndə heyəti və hətta səfirliklə dəfələrlə söhbət etmişik, amma hələ bir cavab yoxdur. Azərbaycan tərəfindən dəvət və əməkdaşlıq olarsa, mən mandatım çərçivəsində işimi yerinə yetirərəm”.
XS
SM
MD
LG