Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 12:40

Gənclər karuseldə seçki keçirdilər


Noyabrın 9-da 17 saylı Yasamal rayon 3-cü seçki dairəsindən namizədliyini irəli sürmüş Bəxtiyar Hacıyevlə onun 30-a yaxın müşahidəçisi Milli Parkda müxtəlif attraksionlardan istifadə etməklə seçki günü qarşılaşdıqları qanun pozuntularını əyləncə vasitəsilə nümayiş etdiriblər. Bir nəfərin bir neçə adamın yerinə səs verməsini, karusel əməliyyatlarının necə həyata keçirildiyini göstəriblər.

Onlar protokol da tərtib edib imzalayıblar. Protokolda göstərilir ki, seçki günü 17 saylı Yasamal rayon 3-cü seçki dairəsindəki bütün məntəqələrdə karusel əməliyyatı uğurla həyata keçirilib.

Protokolda göstərilir ki, «Əvvəlcədən müəyyənləşdirilmiş faizlər üzrə nəticələri əldə etmişik. Başqa rayonlarda qeydiyyatda olsalar da, biz vətəndaşlara imkan vermişik ki, istədikləri məntəqədə istədikləri sayda səs versinlər. Daşınan seçki qutularında sağlam vətəndaşlar, hətta gənclər də səs verib. Biz onların əvəzinə ərizə yazıb xoş istirahətlərini təmin etmişik. Biz müşahidəçiləri kifayət qədər uzaqda əyləşdirmiş, karusel iştirakçılarının şəxsiyyət vəsiqəsini müşahidə etmələrinə icazə verməmişik. Valideynlərə övladlarının sənədləri ilə səs verməyə isə icazə verdik. Bu onların təbii hüququdur».

Bu protokol MSK-ya da göndəriləcək.

AzadlıqRadiosunun saytında tezliklə aksiyadan videogörüntüləri izləyə biləcəksiniz.

MÖVZUNU BURADA ŞƏRH EDİN
XS
SM
MD
LG