Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:36

Partiyalar seçkiylə bağlı bəyanat imzalayıb


Bir qrup siyasi partiya və seçki birliyi 7 noyabr Milli Məclisə seçkilərlə bağlı birgə bəyanat imzalayıb
Bir qrup siyasi partiya və seçki birliyi 7 noyabr Milli Məclisə seçkilərlə bağlı birgə bəyanat imzalayıb
Noyabrın 10-da bir qrup siyasi partiya və seçki birliyi 7 noyabr Milli Məclisə seçkilərlə bağlı birgə bəyanat imzalayıb. Bəyanatda qeyd olunur ki, seçkiqabağı demokratik şərait, seçki kampaniyası dövründə bərabərhüquqlu rəqabət imkanları olmayıb:

«Sərbəst toplaşmaq, söz və mətbuat, ifadə azadlığının, o cümlədən seçki kampaniyası dövründə təbliğat və təşviqat imkanlarının məhdudlaşdırılması seçkinin nəticələrinə əhəmiyyətli dərəcədə təsir göstərib. Seçki prosesinin bütün mərhələləri kütləvi qanun pozuntuları ilə keçirilib. Administrativ resurs hakimiyyətin dəstəklədiyi namizədlərin müdafiəsinə yönəldilib. İcra strukturları, hüquq-mühafizə orqanları qeyri-qanuni olaraq seçkilərin gedişinə zorakı müdaxilə edib».

Bəyanatında deyilir ki, «7 noyabr 2010-cu il seçkiləri azad, ədalətli, bərabər, şəffaf seçkilər olmadı. Həmçinin səsvermənin həqiqi nəticələri kobud şəkildə saxtalaşdırılıb. Bu səbəblərə görə hesab edirik ki, 7 noyabr seçkilərinin rəsmən elan olunmuş nəticələri Azərbaycan xalqının iradəsini ifadə etmir».

Bəyanatı Müsavat partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, AMİP-in baş katibi Arzuxan Əlizadə, Xalq partiyasının adından Pənah Hüseyn, Azadlıq partiyasının sədri Əhməd Oruc, REAL hərəkatının həmtəsisçisi İlqar Məmmədov və Böyük Azərbaycan partiyasının sədri Elşad Musayev imzalayıblar.

Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov isə jurnalistlərə açıqlamasında deyib ki, 7 noyabr seçkisi tam ədalətli, demokratik və şəffaf seçkidir.
XS
SM
MD
LG