Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:30

Kimə qurban kəsmək əmri verilib?


Elşad Miri
Elşad Miri
“İşdən sonra” proqramında dinşünas alimlər Qurban bayramının mahiyyətindən danışıblar.

“Qurban ibadəti təkcə müsəlmanların, xristianların, yəhudilərin deyil”. Bunu ilahiyyatçı Elşad Miri deyib. Onun sözlərinə görə, Qurban İbadətinin əsas mahiyyəti Allaha yaxınlaşmaq deməkdir.

QURBAN - ALLAHA YAXINLAŞMAQ DEMƏKDİR


“Qurban ibadəti təkcə müsəlmanların, xristianların, yəhudilərin deyil, ümumiyyətlə bəşərin ilk yarandığı gündən ibarən onlara olan Allahın bir əmridir. Qurani-Kərimdə də bildirilir ki, Allaha həmin o kəsilən qurbanın nə əti, nə də qanı çatar. Əksinə gözəl əməllər Allaha çatar. Bu, onunla bağlıdır ki, Qurban sözünün özünün mənası yaxınlıq, yaxınlaşmaq deməkdir. Allaha yaxınlaşmaq mənasını verir. Eyni zamanda Qurbanda elə bir anlam var ki, yəni biz malik olduğumuz mala, dövlətə üzərində bizim haqqımız olmadığını əksinə bunu Allahın verdiyi bir əmanət olduğunu hesab etməli və Qurban kimi ictimai əsası olan ibadətlərdə biz qurban kəsərək, kasıblarla, ət almağa imkanı olmayan digər insanlarla, Tövbə surəsində bildirilən 8 qrup insanlarla bunları həmin o məsələdə təmin eləməklə eyni zamanda bunun bizim üzərimizdə bir borc olduğunu düşünürük”.
Elşən Mustafaoğlu


Digər ilahiyyatçı Elşən Mustafaoğlu isə deyib ki, Qurban bayramı insanların nəfsi üzərində zəfər çalmasının bayramıdır.
MÜZAKİRƏYƏ QOŞUL




NƏFS ÜSTÜNDƏ QƏLƏBƏ


“Allaha insanların təqvası lazımdır. Hər an hər birimizin həyatında İsmayıllar var. Biri üçün bu maşındır, vəzifədir, puldur, başqa biri üçün başqa bir şeylərdir. Qəlbdən Allah yolunda bütün nəfsi istəklərini, bu dünyaya olan bu aşırı bağlılığını Allah yolunda lazım gəldikdə bunların hər birindən keçə bilərsənmi Həzrəti İbrahim Peyğəmbər kimi? İsmayıl bir simvoldur, qurban bir simvoldur ki, biz nəfsi istəklərimiz üzərində, dünyaya olan aşırı bağlılıqlarımız üzərində zəfər çalırıq. Bu nəfsimiz üzərində qələbənin bayramıdır”.

QURBAN KƏSMƏK ƏMRİ KİMƏ VERİLİB?

Dinşünas-alim Nəriman Qasımoğlu isə həmkarlarının dedikləri ilə tam olaraq razılaşmayıb. O deyib ki, qurban kəsmək kütləvilikdən uzaq bir məzmundadır.
Nəriman Qasımoğlu

“Qurban kəsmək əmri yalnız Həzrəti peyğəmbərə xitab edilən bir xüsusdur. Yəni-ey müsəlmanlar, qurban kəsin! - deyə bir əmr yoxdur. Amma başqa müsəlmanların qurban kəsmələri bir fərz deyil, amma peyğəmbərin bir sünnətini, yəni onun qoyduğu qayda-qanunu icra etmək anlamındadır. Yəni İlahidən gələn bir əmr deyil”.

Elşad Miri Nəriman Qasımoğlunun fikrinə münasibət bildirərək deyib ki, bu, bütün ümmətlərə gələn bir tapşırıqdır.

“Peyğəmbər deyək ki, bir dənə qurban kəsəcək vəssalam. Bir peyğəmbərə bu gəlirsə əhəmiyyəti nə olur belə bir ibadətin. Və ondan əvvəl gələn peyğəmbərlərə bu ibadət niyə tövsiyə olunur? Həcc surəsində deyilir ki, biz hər bir ümmətə qurban kəsməyi lazım bildik”.
XS
SM
MD
LG