Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:40

Bəxtiyar Hacıyev sərhəddə saxlandı


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev
Deputatlığa keşmiş namizəd Bəxtiyar Hacıyev sərhəd buraxılış məntəqəsində saxlanıb. Onu qandallayıblar.

Bu haqda AzadlıqRadiosuna onun özü məlumat verib.

B.Hacıyev deyir ki, sərhədçilər əvvəlcə onu pasportunda müəyyən problemlər olduğuna görə saxladıqlarını bildirsələr də, sonradan bunun üçün tapşırıq aldıqlarını deyiblər:

“Saat 17-dən Azərbaycan-Gürcüstan sərhəd keçid məntəqəsinin Azərbaycan tərəfində saxlanmışam. Əvvəlcə məni pasportumda bəzi anlaşılmazlıqlar olduğunu əsas gətirərək saxlamışdılar. Daha sonra sərhədçilər saxlanmam barədə tapşırıq aldıqlarını söylədilər”.

Qırmızı körpü sərhəd keçid məntəqəsinin adının çəkilməsini istəməyən əməkdaşlarından biri isə AzadlıqRadiosuna deyib ki, ümumi axtarış sistemi bazasında Bəxtiyar Hacıyevin Azərbaycanı tərk etməməsi ilə bağlı göstəriş var və o buna əsasən saxlanılıb.

Bu tapşırığın hansı dövlət qurumu tərəfindən və nəyə görə verilməsi barədə isə heç bir məlumat yoxdur.

B.Hacıyev Gürcüstana getmək istəyirmiş.

Bəxtiyar Hacıyev 7 noyabr parlament seçkilərində 17 saylı Yasamal 3-cü Seçki Dairəsindən deputatlığa namizəd olub. Mərkəzi Seçki Komissiyasının rəsmi nəticələrinə görə, o, bu dairədə 749 səs topayıb və üçüncü olub.
XS
SM
MD
LG