Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:46

ABŞ müttəfiqlərini xəbərdar edib: ««WikiLeaks»ə hazır olun»


ABŞ müttəfiqləri olan Britaniya, Avstraliya, Kanada, Danimarka və Norveçi WikiLeaks internet saytının növbəti gizli sənədlər yaymağa hazırlaşması barədə rəsmən xəbərdar edib.

Dövlət Departamenti müttəfiqlərini münasibətlərə ziyan gətirə biləcək məlumatlara hazır olmalarını istəyib.

Bu arada Qərb mətbuatı xəbər verirdi ki, WikiLeaksın açıqlamaq istədiyi növbəti gizli sənədlərdə Amerikanın diplomatik hesabatlarından söhbət gedir. Diplomatik kanallarından qaynaqlandığı bildirilən sənədlərdə Rusiya, Əfqanıstan, Mərkəzi Asiya ölkələri siyasətçilərinin korrupsiyada ittiham olunduğu da bildirilirdi.

Londonda çap olunan “Əl-Həyat” qəzetinin məlumatına görə WikiLeaks-in yayamağı planlaşdırdığı sənədlər arasında Türkiyənin İraqda Əl-Kaidəyə, ABŞ-ın isə kürd yaraqlı qrupu olan PKK-ya yardım etdiyini göstərənləri də var.

WikiLeaks bu həftənin əvvəlində bildirmişdi ki, yeni gizli sənədlər açıqlayacaq. Və bu, oktyabrda yaydığı Pentaqonun İraq müharibəsi haqqında 400 000 sənəddən yeddi dəfə çox olacaq. Saytın özü konkret tarix göstərməsə də sənədlərin bu həftə sonunda yerləşdirəcəyi ehtimal edilir.

Qərb mətbuatının yazdığına görə, hazırda rəsmi Vaşinqtonda ehtimal olunan qalmaqalın nəticələrini azaltmq üçün 100 məmuru səfərbər edib ki, qabaqlayıcı tədbirlər həyata keçirsin.

Açıqlanan sənədlərin ABŞ-Azərbaycan münasibətlərinə də təsiri ola bilərmi?

Azərbaycanın Xarici İşlər Nazirliyinin sözçüsü Elxan Poluxov hələlik Bakıya ABŞ-dan WikiLeaks-in yeni planları barədə məlumat daxil olmadığını bildirir.

Avstraliya doğumlu Julian Assange adlı adamın yaratdığı WikiLeaks saytı əvvəllər də ABŞ-ın İraq və Əfqanıstanda apardığı müharibələrə dair sənədlər yaymışdı. ABŞ hökumət həmin sənədlərin həddən artıq həssas və bəzi adamların həyatını risk altında qoyan məlumatlar daşıdığını bildirib.
XS
SM
MD
LG